Tarix:18/11/15
«Microsoft»da informasiyanın mühafizəsi üzrə direktor vəzifəsində çalışan Bret Arsona şirkətin bloqunda bu haqda yazıb. Bu investisiyalar proqram nəhənginin 2015 maliyyə ili üzrə illik gəlirinin 1 faizindən bir qədər çoxdur.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, Vaşinqtonda keçirilmiş «Microsoft Government Forum» konfransında çıxış edən şirkətin baş direktoru Satya Nadella korporasiyanın təhlükəsizlik məsələləri ilə bağlı strategiyasını açıqlayıb. Baş direktor bildirib ki, «Microsoft» informasiya təhlükəsizliyi strategiyasının reallaşdırılmasına kompleks yanaşmanı təmin edərək bütün təhlükəsizlik alətlərini birləşdirməyə hazırlaşır.
Həmçinin proqram nəhəngi Kibermüdafiə Mərkəzi yaratmaq niyyətindədir. Bundan başqa, şirkət korporativ müştərilərin kibertəhlükəsizliyini qoruyan xüsusi qrup formalaşdırıb.
Satya Nadella bildirib ki, «Windows 10» ən təhlükəsiz əməliyyat sistemidir. Bu platformada şirkətlərin təhdidlərə qarşı sürətli reaksiyasına imkan verən, bütün qurğularda məlumatların mühafizəsini təmin edən və kiberhücumlara dayanıqlı olmağa imkan verən 15-dən çox funksiya reallaşdırılıb.
Emil Hüseynov
«Microsoft» korporasiyası kibertəhlükəsizlik texnologiyalarına ildə 1 milyard dollar xərcləyir
«Microsoft» korporasiyası informasiya təhlükəsizliyi sahəsində tədqiqat və işləmələrə ildə 1 milyard dollardan çox vəsait xərcləyir. Bu, «Symantec» şirkətinin xərclərinə uyğundur.«Microsoft»da informasiyanın mühafizəsi üzrə direktor vəzifəsində çalışan Bret Arsona şirkətin bloqunda bu haqda yazıb. Bu investisiyalar proqram nəhənginin 2015 maliyyə ili üzrə illik gəlirinin 1 faizindən bir qədər çoxdur.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, Vaşinqtonda keçirilmiş «Microsoft Government Forum» konfransında çıxış edən şirkətin baş direktoru Satya Nadella korporasiyanın təhlükəsizlik məsələləri ilə bağlı strategiyasını açıqlayıb. Baş direktor bildirib ki, «Microsoft» informasiya təhlükəsizliyi strategiyasının reallaşdırılmasına kompleks yanaşmanı təmin edərək bütün təhlükəsizlik alətlərini birləşdirməyə hazırlaşır.
Həmçinin proqram nəhəngi Kibermüdafiə Mərkəzi yaratmaq niyyətindədir. Bundan başqa, şirkət korporativ müştərilərin kibertəhlükəsizliyini qoruyan xüsusi qrup formalaşdırıb.
Satya Nadella bildirib ki, «Windows 10» ən təhlükəsiz əməliyyat sistemidir. Bu platformada şirkətlərin təhdidlərə qarşı sürətli reaksiyasına imkan verən, bütün qurğularda məlumatların mühafizəsini təmin edən və kiberhücumlara dayanıqlı olmağa imkan verən 15-dən çox funksiya reallaşdırılıb.
Emil Hüseynov
Baxış sayı: 503
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır