Tarix:19/11/15
Şirkətin məlumatına görə, şəbəkədə məlumatların yüklənmə sürəti Britaniya üzrə orta göstəricidən 200 dəfə yüksəkdir: məsələn, 1,5 QB həcmində videonu 6 saniyə ərzində yükləmək mümkündür. Bununla belə, hələ ki az sayda abunəçi üçün belə sürət əlçatandır.
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, sözügedən operator 2016-cı ilin yanvarından abunəçiləri yeni şəbəkəyə aktiv qoşmağa başlayacaq. Xidmətin aylıq dəyəri özəl şəxslər üçün 399 funt-sterlinq, iş adamları üçün isə 1500 funt-sterlinq təşkil edəcək.
Ötən ilin iyulunda «Ericsson» şirkəti saniyədə «5G» mobil şəbəkəsi üzərindən məlumatların 5 Qbit sürətlə ötürülməsini nümayiş etdirib. Rekord nəticənin əldə edilməsi üçün təcrübi radiointerfeys, informasiyanın qəbulu və ötürülməsi üçün təkmilləşdirilmiş texnologiyadan istifadə olunub.
Həmçinin «Samsung» şirkəti öz beşinci nəsil şəbəkəsini sınaqdan keçirib. Şirkət «5G» texnologiyası sayəsində məlumatları 2 Qbit sürətlə 2 km məsafəyə ötürməyə nail olub. Yeni texnologiya 2020-ci ilə kommersiya istifadəsi üçün əlçatan olacaq.
Emil Hüseynov
Böyük Britaniyada «5G» sınaq şəbəkəsi işə salınıb
Britaniyanın «Gigaclear» şirkəti abunəçiləri sınaq rejimində beşinci nəsil («5G») genişzolaqlı şəbəkəsinə qoşmağa başlayıb.Şirkətin məlumatına görə, şəbəkədə məlumatların yüklənmə sürəti Britaniya üzrə orta göstəricidən 200 dəfə yüksəkdir: məsələn, 1,5 QB həcmində videonu 6 saniyə ərzində yükləmək mümkündür. Bununla belə, hələ ki az sayda abunəçi üçün belə sürət əlçatandır.
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, sözügedən operator 2016-cı ilin yanvarından abunəçiləri yeni şəbəkəyə aktiv qoşmağa başlayacaq. Xidmətin aylıq dəyəri özəl şəxslər üçün 399 funt-sterlinq, iş adamları üçün isə 1500 funt-sterlinq təşkil edəcək.
Ötən ilin iyulunda «Ericsson» şirkəti saniyədə «5G» mobil şəbəkəsi üzərindən məlumatların 5 Qbit sürətlə ötürülməsini nümayiş etdirib. Rekord nəticənin əldə edilməsi üçün təcrübi radiointerfeys, informasiyanın qəbulu və ötürülməsi üçün təkmilləşdirilmiş texnologiyadan istifadə olunub.
Həmçinin «Samsung» şirkəti öz beşinci nəsil şəbəkəsini sınaqdan keçirib. Şirkət «5G» texnologiyası sayəsində məlumatları 2 Qbit sürətlə 2 km məsafəyə ötürməyə nail olub. Yeni texnologiya 2020-ci ilə kommersiya istifadəsi üçün əlçatan olacaq.
Emil Hüseynov
Baxış sayı: 537
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib