Tarix:19/11/15
“IE Venture Day Baku” müsabiqəsinin münsiflər heyəti tərəfindən uzun müzakirələrdən sonra potensial investorlar qarşısında öz layihələrini təqdim edəcək 10 ən güclü startap seçilib. Geniş əhatəli, mövzuların müxtəlifliyi və “pitch-off” formatında olması bu müsabiqənin maraqlı və yaddaqalan olmasına tam təminat verəcək!
Müsabiqənin finalçıları:
Yekunda, “Venture Day Madrid” müsabiqəsində 10 finalistdən biri qismində çıxış etmək (bütün xərclər ödənilməklə), “IE Business School” 100%-lıq təqaüdün ayrılması və partnyorlardan birində 3 aylıq inkubasiya dövrü, o cümlədən “IE Venture Lab” tərəfindən mentorluq və s. mükafatlar uğrunda 12 “startup” komandası mübarizə aparacaqdır.
Müsabiqədən başqa, tədbirin proqramına, həmçinin dünyanın top spikerlərindən ibarət, proqramlaşdırılmış təfəkkür və İKT-də qadınların rolundan başlayaraq innovasiyalar və meqatrendlərə kimi müxtəlif mövzuları əhatə edən biznes-konfransın keçirilməsi də nəzərdə tutulur.
Bununla əlaqədar bir neçə məruzələrin və təqdimatların, o cümlədən “UBER”- uğur hekayəsi. “UBER” MDB ölkələri üzrə direktoru Aleksey Stax tərəfindən təqdimatı, Startapa necə başlamaq mövzusunda Şərqi və Mərkəzi Avropada fəal investorlardan biri olan Maks Qurvits tərəfindən moderatorluq, Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış mövzusunda “Products & Startups for Code for America” şirkətinin direktoru Leyn Beker tərəfindən təqdimat, “Facebook”, “Microsoft”, Yüksək Texnologiyalar Parkı, o cümlədən Amerika Ticarət Palatası və bir çox digər spikerlərin çıxışları gözlənilir.
Ümid edirik ki, bu tədbir yeni vençurların yaranmasına və artıq mövcud olanların sürətli inkişafına səbəb olaraq ən güclü startapları və nüfuzlu investorları bir araya gətirəcək.
Tədbirdə iştirak etmək şansını qaçırmayın.
“IE Venture Days” – dünyanın 35 şəhərində keçirilən beynəlxalq startap müsabiqələri və biznes konfranslarıdır. Vençur günlərinin təşkilatçısı “Financial Times” (2013) jurnalının məlumatına əsasən, Avropanın 1 nömrəli biznes məktəbi sayılan “IE Business School”-dur. 2013-cü ildən bu günə gədər Vençur günlərində 20 milyon avrodan çox investisiya cəlb edilib.
“IE Venture Day” 3 dekabr tarixində” IE” və Yüksək Texnologiyalar Parkı tərəfindən, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ilk dəfə Bakıda təşkil olunacaq.
Tədbirin veb saytı:
“Venture Day Baku” tədbirinin rəsmi “Facebook” səhifəsində, həmçinin YTP-nin səhifəsində tədbir haqda əlavə məlumat ala bilərsiniz:
“IE Venture Days” beynəlxalq startap müsabiqəsinə hazırlıq davam edir
Gələn ay Bakıda dünyanın 35 şəhərində keçirilən “IE Venture Days” - beynəlxalq startap müsabiqəsi və biznes konfransı keçiriləcək. Yüksək Texnologiyalar Parkından qeyd edilib ki, 3 dekabr tarixində paytaxtımızda 5-i Azərbaycandan olmaqla, ən güclü 12 startap komandası “IE Venture Day Baku” müsabiqəsində əsas mükafatlar üçün yarışacaqlar.“IE Venture Day Baku” müsabiqəsinin münsiflər heyəti tərəfindən uzun müzakirələrdən sonra potensial investorlar qarşısında öz layihələrini təqdim edəcək 10 ən güclü startap seçilib. Geniş əhatəli, mövzuların müxtəlifliyi və “pitch-off” formatında olması bu müsabiqənin maraqlı və yaddaqalan olmasına tam təminat verəcək!
Müsabiqənin finalçıları:
- “SPROSIDOKTORA” ( Rusiya-Belarus)
- “OFFERBEE” (Azərbaycan )
- “NOOB” (Azərbaycan )
- “HEALTHBOOK” (Azərbaycan)
- “PAWER” (İspaniya)
- “UNIEXO” (Ukrayna )
- “CREADY” (Azərbaycan )
- “APPOL” (Azərbaycan)
- “PAYMENT FIREWALL” ( Belarus)
- “ES WERING” (İsrail)
Yekunda, “Venture Day Madrid” müsabiqəsində 10 finalistdən biri qismində çıxış etmək (bütün xərclər ödənilməklə), “IE Business School” 100%-lıq təqaüdün ayrılması və partnyorlardan birində 3 aylıq inkubasiya dövrü, o cümlədən “IE Venture Lab” tərəfindən mentorluq və s. mükafatlar uğrunda 12 “startup” komandası mübarizə aparacaqdır.
Müsabiqədən başqa, tədbirin proqramına, həmçinin dünyanın top spikerlərindən ibarət, proqramlaşdırılmış təfəkkür və İKT-də qadınların rolundan başlayaraq innovasiyalar və meqatrendlərə kimi müxtəlif mövzuları əhatə edən biznes-konfransın keçirilməsi də nəzərdə tutulur.
Bununla əlaqədar bir neçə məruzələrin və təqdimatların, o cümlədən “UBER”- uğur hekayəsi. “UBER” MDB ölkələri üzrə direktoru Aleksey Stax tərəfindən təqdimatı, Startapa necə başlamaq mövzusunda Şərqi və Mərkəzi Avropada fəal investorlardan biri olan Maks Qurvits tərəfindən moderatorluq, Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış mövzusunda “Products & Startups for Code for America” şirkətinin direktoru Leyn Beker tərəfindən təqdimat, “Facebook”, “Microsoft”, Yüksək Texnologiyalar Parkı, o cümlədən Amerika Ticarət Palatası və bir çox digər spikerlərin çıxışları gözlənilir.
Ümid edirik ki, bu tədbir yeni vençurların yaranmasına və artıq mövcud olanların sürətli inkişafına səbəb olaraq ən güclü startapları və nüfuzlu investorları bir araya gətirəcək.
Tədbirdə iştirak etmək şansını qaçırmayın.
“IE Venture Days” – dünyanın 35 şəhərində keçirilən beynəlxalq startap müsabiqələri və biznes konfranslarıdır. Vençur günlərinin təşkilatçısı “Financial Times” (2013) jurnalının məlumatına əsasən, Avropanın 1 nömrəli biznes məktəbi sayılan “IE Business School”-dur. 2013-cü ildən bu günə gədər Vençur günlərində 20 milyon avrodan çox investisiya cəlb edilib.
“IE Venture Day” 3 dekabr tarixində” IE” və Yüksək Texnologiyalar Parkı tərəfindən, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ilk dəfə Bakıda təşkil olunacaq.
Tədbirin veb saytı:
“Venture Day Baku” tədbirinin rəsmi “Facebook” səhifəsində, həmçinin YTP-nin səhifəsində tədbir haqda əlavə məlumat ala bilərsiniz:
Baxış sayı: 1019
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır