Tarix:19/11/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin Rusiya və MDB-də satış üzrə direktoru Pavel Kuçeruk bildirib ki, Azərbaycan bazarı MDB məkanında əhəmiyyət səviyyəsinə görə ilk üçlüyə daxildir.
“Hazırda bütün dünyada müşahidə olunan böhran şəraitində bizim universal mühəndis həllərimiz üzrə sifarişlər daha da artır. Çünki bu həllər daha sərfəli qiymətə optimal və effektiv infrastruktur yaratmağa imkan verir. Bundan başqa bizim həllərin üstünlüyü həm də ondadır ki, onlar digər dünya səviyyəli vendorların həllərinə “bulud”da və s. infrastrukturlarda asanlıqla inteqrasiya edilirlər”, deyə P. Kuçeruk qeyd edib.
Seminar çərçivəsində “Juniper Networks” şirkətinin MDB üzrə mühəndisi Kanat İlyasov “Juniper Networks-un marşrutlaşdırma və kommutasiya həllərinin icmalı” və “Juniper Networks-un təhlükəsizlik üzrə həllərinin yenilənmələri və icmalı”, Rusiya və MDB üzrə mühəndisi Dmitriy Karyakin “Məlumat emalı mərkəzinin yaradılması arxitekturası” və “Virtuallaşdırılmış “vMX” və “vSRX” məhsulları” mövzularında məruzələrlə çıxış ediblər.
Aynur Vəliyeva
“Juniper Networks” Azərbaycan bazarına qiymət, funksional və keyfiyyət nisbətində ən optimal mühəndis həlləri təqdim edib
Bakıda “Juniper Networks” şirkətinin virtuallaşma, kommutasiya və təhlükəsizlik həlləri üzrə seminarı keçirilir.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin Rusiya və MDB-də satış üzrə direktoru Pavel Kuçeruk bildirib ki, Azərbaycan bazarı MDB məkanında əhəmiyyət səviyyəsinə görə ilk üçlüyə daxildir.
“Hazırda bütün dünyada müşahidə olunan böhran şəraitində bizim universal mühəndis həllərimiz üzrə sifarişlər daha da artır. Çünki bu həllər daha sərfəli qiymətə optimal və effektiv infrastruktur yaratmağa imkan verir. Bundan başqa bizim həllərin üstünlüyü həm də ondadır ki, onlar digər dünya səviyyəli vendorların həllərinə “bulud”da və s. infrastrukturlarda asanlıqla inteqrasiya edilirlər”, deyə P. Kuçeruk qeyd edib.
Seminar çərçivəsində “Juniper Networks” şirkətinin MDB üzrə mühəndisi Kanat İlyasov “Juniper Networks-un marşrutlaşdırma və kommutasiya həllərinin icmalı” və “Juniper Networks-un təhlükəsizlik üzrə həllərinin yenilənmələri və icmalı”, Rusiya və MDB üzrə mühəndisi Dmitriy Karyakin “Məlumat emalı mərkəzinin yaradılması arxitekturası” və “Virtuallaşdırılmış “vMX” və “vSRX” məhsulları” mövzularında məruzələrlə çıxış ediblər.
Aynur Vəliyeva
Baxış sayı: 468
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır