12px13px15px17px
Tarix:19/11/15

Süni intellekt proqramı vasitəsilə 474 ali məktəbə qəbul olmaq mümkün olacaq

Yaponiya Milli İnformatika İnstitutunun hazırladığı süni intellekt proqramı universitetə qəbul üçün ümumi sınaq imtahanında 950 mümkün baldan 511 bal toplayıb (ölkə üzrə abituriyentlər bu imtahanda orta hesabla 416 bal toplayır). Bu göstərici ilə proqramın 441 özəl və 33 dövlət ali məktəbinə 80 faiz qəbul olmaq imkanı var.  
 
Tədqiqatçılar qrupu tərəfindən süni intellektin təkmilləşdirilməsi üzərində iş 2011-ci ildən aparılır və bu müddət ərzində proqram bir dəfə imtahan verib, lakin bu cəhd uğursuz olub və keçid balı toplaya bilməyib. Bu dəfə isə proqram özünü birbaşa cavabların tələb olunduğu riyaziyyat və tarix suallarında yaxşı göstərib, lakin linqvistik informasiyanın emalı üzrə bacarığın tələb olunduğu fizika fənnində pis nəticə nümayiş etdirib.
 
“Robot Today” adlanan layihənin məqsədi 2021-ci ildə Yaponiyanın ən nüfuzlu ali məktəbi - Tokio Universitetinə qəbul olmaqdır, - "Cont” yazır.



Baxış sayı: 954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024