Tarix:19/11/15
"ICTnews" elektron xəbər xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verilən məlumata görə, dəyişikliyə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin sırasına daha 7 e-xidmət əlavə olunub.
Bu xidmətlərə "Torpaq kadastr məlumatları barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu", "Yerquruluşu işlərinin, torpaq və geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu", "Torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu", "Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu" və "Bələdiyyələrin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu" daxildir.
Qeyd edək ki, bu elektron xidmətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) göstərib. Prezident İlham Əliyevin məlum fərmanı ilə DTXK ləğv edilərək komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.
Bunun nəticəsi olaraq adıçəkilən elektron xidmətlərin təchizatçısı kimi ƏMDK müəyyən olunub.
CAHANGİR
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub
Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib."ICTnews" elektron xəbər xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verilən məlumata görə, dəyişikliyə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin sırasına daha 7 e-xidmət əlavə olunub.
Bu xidmətlərə "Torpaq kadastr məlumatları barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu", "Yerquruluşu işlərinin, torpaq və geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu", "Torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu", "Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu" və "Bələdiyyələrin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu" daxildir.
Qeyd edək ki, bu elektron xidmətləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) göstərib. Prezident İlham Əliyevin məlum fərmanı ilə DTXK ləğv edilərək komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.
Bunun nəticəsi olaraq adıçəkilən elektron xidmətlərin təchizatçısı kimi ƏMDK müəyyən olunub.
CAHANGİR
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır