Tarix:20/11/15
"Samsung", "LG" və "Sony" televizorlarının, "Lego" uşaq konstruktorlarının, kompüter, audio və videotexnikanın, velosiped və krosovkaların daxil olduğu siyahıda ümumilikdə 100 hədiyyə yer alıb. Siyahı real vaxt rejimində superkompüterə yeni informasiya daxil olduqca yenilənir.
Məlumat üçün qeyd edək ki, "IBM" mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən "Watson" prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.
Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən "DeepQA" proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi "Watson"u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir, - "Lenta" yazır.
Superkompüter Yeni il üçün ən populyar hədiyyələrin adını açıqlayıb
ABŞ-ın "IBM Watson" superkompüteri bazasında işləyən süni intellekt sistemi sosial şəbəkələrdə qarşıdan gələn Yeni il üçün daha çox sadalanan hədiyyələrin təhlilini aparıb. "IBM Watson Trend" proqramı vasitəsilə informasiyanı emal edən sistem bu il üçün ən çox arzulanan hədiyyənin "Apple Watch" smart saatının olması qənaətinə gəlib."Samsung", "LG" və "Sony" televizorlarının, "Lego" uşaq konstruktorlarının, kompüter, audio və videotexnikanın, velosiped və krosovkaların daxil olduğu siyahıda ümumilikdə 100 hədiyyə yer alıb. Siyahı real vaxt rejimində superkompüterə yeni informasiya daxil olduqca yenilənir.
Məlumat üçün qeyd edək ki, "IBM" mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən "Watson" prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.
Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən "DeepQA" proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi "Watson"u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir, - "Lenta" yazır.
Baxış sayı: 497
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır