Tarix:20/11/15
Cümə günü Brüsseldə Aİ ölkələri kriptovalyutanın terror aktlarının hazırlanması və maliyyələşdirilməsi üçün təhlükə törədə bilməsi məsələsini müzakirə edəcəklər.
Sənəd layihəsində Avropa Komissiyası üçün elektron/anonim ödənişlər və virtual valyutalar kimi qeyri-bank ödəmə üsullarının idarə olunması üzrə tədbirlər nəzərdə tutulur.
Eyni zamanda oktyabrın ortalarında Avropa Məhkəməsi “Bitcoin” və digər virtual valyuta ilə Aİ ərazisində aparılan əməliyyatların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qərar çıxarıb. Məhkəmə bu qərarla virtual valyutaları vergiqoyma baxımından ənənəvi valyutalara bərabərləşdirib.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Interfax” yazır.
Fransada “Bitcoin” valyutası qadağan oluna bilər
“Bitcoin” virtual valyutası Fransada baş verən terror aktlarının araşdırılması fonunda Avropa İttifaqı (Aİ) ərazisində qadağan oluna bilər.Cümə günü Brüsseldə Aİ ölkələri kriptovalyutanın terror aktlarının hazırlanması və maliyyələşdirilməsi üçün təhlükə törədə bilməsi məsələsini müzakirə edəcəklər.
Sənəd layihəsində Avropa Komissiyası üçün elektron/anonim ödənişlər və virtual valyutalar kimi qeyri-bank ödəmə üsullarının idarə olunması üzrə tədbirlər nəzərdə tutulur.
Eyni zamanda oktyabrın ortalarında Avropa Məhkəməsi “Bitcoin” və digər virtual valyuta ilə Aİ ərazisində aparılan əməliyyatların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı qərar çıxarıb. Məhkəmə bu qərarla virtual valyutaları vergiqoyma baxımından ənənəvi valyutalara bərabərləşdirib.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Interfax” yazır.
Baxış sayı: 459
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır