12px13px15px17px
Tarix:20/11/15

Hər gün yeni 500 foto əlavə edilən beynəlxalq “foto baza” Azərbaycan internet istifadəçiləri üçün açıq elan edilib

Hər gün yeni 500 foto əlavə edilən “Sputnik Images”  saytı özünün foto bazasını  Azərbaycanın internet istifadəçilərinin istifadəsinə verib.
 
 
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və radiosu fotoşəkil bankını artıq noyabrın 19-u tarixindən girişi açıq elan edib.
 

Qeyd edək ki, “Sputnik Images” brendi altında fəaliyyətə başlayan yeni fotobank “Sputnik”-in informasiya portalı, radioyayım, mobil tətbiq və sosial şəbəkələrdə platforma formatında 30 dildə fəaliyyət göstərən informasiya resurslarının sırasına daxildir və dünya üzrə bütün müştərilər üçün açıqdır.
 


“Sputnik Images”  bankına gündə dünyanın müxtəlif yerlərindən reportajlar daxil olacaq, hər dəqiqə banka aktual mövzular üzrə bir neçə yeni şəkil əlavə ediləcək. Sputnik fotoqrafları müştəriləri gündə orta hesabla 500 yeni fotoşəkillə təmin edəcəklər.
 




 


Hazırda sayt 1 000 000-dan artıq vizual material bazasına malikdir. Material seçimi günün ən aktual mövzularına uyğun olaraq aparılır və bu, istifadəçilərə hadisələrin tam mənzərəsini əldə etməyə imkan verir.
 
Yeni fotobank vasitəsilə həmçinin konkret mövzular üzrə fotoreportaj (fotolent) və infoqrafika əldə etmək mümkündür. Açar sözlər, kateqoriyalar, müəllif, mənbə və coğrafi göstərici üzrə axtarış, mövzular üzrə fotoşəkil toplusu ilə vacib hadisələrin təqvimi və planlaşdırılan fotoçəkilişlərin elanı kimi funksiyalar istifadəçilərin rahatlığı üçün nəzərdə tutulub. Bütün təsvirlər tam tərtibatlaşdırılır.
 
Hadisə, çəkilişin yeri və tarixi, kadrdakı şəxslərin adları, təsvirin ölçüləri, müəllif və mənbə göstərilir. Bütün təsvirlər həm çap, həm də onlayn istifadə üçün üç formatda təklif edilir.
 
 
SEYMUR



Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024