12px13px15px17px
Tarix:20/11/15

Azərbaycanın ilk informatik aliminə “Şərəf” ordeni təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, AMEA-nın 70 illik yubileyi münasibətilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülən bir qrup alim və mütəxəssis arasında Azərbaycanın ən qocaman və ilk informatik alimi İsmayıl İbrahimov da var.
 
Prezidentin sərəncamı ilə Əməkdar elm xadimi, akademik İsmayıl Əli oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif olunub.
 
AMEA-dan bildirilib ki, “Şərəf” ordenini alimə öz evində AMEA prezidenti, akademik Akif Əlizadə təqdim edərək bu il 100 yaşını qeyd edəcək görkəmli elm xadimini təbrik edib, ona cansağlığı arzulayıb. İsmayil İbrahimov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, AMEA rəhbərliyinə minnətdarlığını bildirib.




 


Həyatın hər çətinliyi ilə üzləşən qocaman alim bir əsrlik həyatının son gününə qədər elmlə məşğul olacağını deyib.
 
“Çünki elm cəmiyyətin inkişafına, rifahına xidmət edir”. Tanınmış alim yaşının bu müdrik çağında da Azərbaycan elminə dəyərli töhfələr verməkdə davam edir.
 
Kompüterləşdirmə və informasiyalaşdırma problemləri onun elmi fəaliyyətində bu gün də əsas yer tutur.
 
Azərbaycanın ilk informatik alimi istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə saysız-hesabsız Fəxri Fərman, orden və mükafatlarla təltif edilib.
 
 
İ.İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan “Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində kadrların yetişdirilməsində böyük xidmətləri var. Nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir.



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2018

19 10 2018

19/10/18
Dövlət Radiotezliklər İdarəsinin yaranmasından 50 il ötür

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət 

19/10/18
“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir

Dünya İqtisadi Forumu 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nı (“The Global 

19/10/18
“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib

“Samsung” şirkəti “Galaxy Book” adlı hibrid planşetinin yeni nəslini təqdim edib. “Galaxy Book

19/10/18
“Qlobal İnfluenser Günü”nün proqramı açıqlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə 

19/10/18
Populyar brauzerlər “TLS” protokolunun köhnə versiyalarının dəstəklənməsini dayandıracaq

2020-ci ilin birinci yarısında bütün əsas brauzerlər (Safari, Chrome, Edge, Internet Explorer və Firefox

19/10/18
Çində pilotsuz nəqliyyat təyyarəsinin uğurlu sınaqları keçirilib

Çinin Daxili Monqolustan Muxtar Rayonunda “Feyhun 98” pilotsuz nəqliyyat təyyarəsinin ilk uğurlu 

19/10/18
Nazir Ramin Quluzadə Beyləqanda vətəndaşlarla oktyabrın 23-ü görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 26 oktyabr 2018-ci il tarixinə Beyləqan şəhərində

19/10/18
“Vertu” yeni smartfonunu təqdim edib

Bahalı telefon və smartfonların istehsalçısı olan “Vertu” uzunsürən fasilədən sonra yeni smartfonunu 

19/10/18
Daşınan süni böyrəyin yaradılması üçün addım atılıb

Beynəlxalq tədqiqatçılar qrupu daşınan süni böyrəyin yaradılmasını sürətləndirəcək 

19/10/18
2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək

2018-ci ildə qlobal informasiya texnologiyaları xərcləri 4,5% yüksələrək 3,7 trilyon ABŞ dollarına yaxınlaşacaq