Tarix:20/11/15
Şirkətin Bakı nümayəndəliyinin rəhbəri İlya Kravtsovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu il ərzində “IBM” strateji istiqamətlər üzrə çox yüksək artıma nail ola bilib.
“Bu istiqamətlər təhlil , konsaltinq və təhlükəsizlik texnologiyaları sahələridir. Bizim qeyd edilən həllərimiz əsasən dövlət və bank sektorunda tətbiq edilib. Dövlət və özəl sektorun nümayəndələri öz xərclərinə daha diqqətlə yanaşmağa başlayıblar, lakin bu bizim xeyrimizədir, çünki biz optimallaşdırılmış , effektiv biznes və texnoloji həllər təqdim edirik”, - deyə o qeyd edib.
İ. Kravtsov müsahibədə onu da bildirib ki, “bulud” sistemində saxlanılan sənədlərinin və məlumatlarının məxfiliyinin zəmanətli olmasını istəyən dövlət və korporativ müştərilərin maraqlarına cavab vermək üçün “IBM” yerli data mərkəzlərlə əməkdaşlıq etməyə hazırdır. Çünki məlumatların lokal data mərkəzlərində yerləşdirilməsi təhlükəsizlik, keyfiyyət və məhsuldarlıq standartlarına cavab verir.
“Biz növbəti ildə bank sektoru ilə işləməyə davam edəcəyik, çünki bu sektor informasiya texnologiyalarının ənənəvi istifadəçisidir. Dövlət sektoru, sığorta şirkətləri, neft-qaz sahəsi, sənaye müəssisələri bizim gələcəkdə əməkdaşlıq edəcəyimiz partnyorlardır. Bu gün artıq biz bütün telekommunikasiya şirkətləri ilə işə başlamışıq və gələn il bu istiqamətdə işləri davam edəcəyik. Gələn ilin əsas trendi “bulud” və digər müasir texnologiyaların inkişafı fonunda təhlükəsizlik texnologiyalarının tətbiqidir”, - deyə “IBM”-in Bakı nümayəndəliyinin rəhbəri gələcək planlar haqda məlumat verib.
Aynur Vəliyeva
“IBM” şirkəti Azərbaycan bazarında iştirakını daha da genişləndirəcəyinə əmindir
“IBM” şirkəti Azərbaycan bazarında önəmli artıma nail olduğunu və bunun davamlı olacağını bildirib.Şirkətin Bakı nümayəndəliyinin rəhbəri İlya Kravtsovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu il ərzində “IBM” strateji istiqamətlər üzrə çox yüksək artıma nail ola bilib.
“Bu istiqamətlər təhlil , konsaltinq və təhlükəsizlik texnologiyaları sahələridir. Bizim qeyd edilən həllərimiz əsasən dövlət və bank sektorunda tətbiq edilib. Dövlət və özəl sektorun nümayəndələri öz xərclərinə daha diqqətlə yanaşmağa başlayıblar, lakin bu bizim xeyrimizədir, çünki biz optimallaşdırılmış , effektiv biznes və texnoloji həllər təqdim edirik”, - deyə o qeyd edib.
İ. Kravtsov müsahibədə onu da bildirib ki, “bulud” sistemində saxlanılan sənədlərinin və məlumatlarının məxfiliyinin zəmanətli olmasını istəyən dövlət və korporativ müştərilərin maraqlarına cavab vermək üçün “IBM” yerli data mərkəzlərlə əməkdaşlıq etməyə hazırdır. Çünki məlumatların lokal data mərkəzlərində yerləşdirilməsi təhlükəsizlik, keyfiyyət və məhsuldarlıq standartlarına cavab verir.
“Biz növbəti ildə bank sektoru ilə işləməyə davam edəcəyik, çünki bu sektor informasiya texnologiyalarının ənənəvi istifadəçisidir. Dövlət sektoru, sığorta şirkətləri, neft-qaz sahəsi, sənaye müəssisələri bizim gələcəkdə əməkdaşlıq edəcəyimiz partnyorlardır. Bu gün artıq biz bütün telekommunikasiya şirkətləri ilə işə başlamışıq və gələn il bu istiqamətdə işləri davam edəcəyik. Gələn ilin əsas trendi “bulud” və digər müasir texnologiyaların inkişafı fonunda təhlükəsizlik texnologiyalarının tətbiqidir”, - deyə “IBM”-in Bakı nümayəndəliyinin rəhbəri gələcək planlar haqda məlumat verib.
Aynur Vəliyeva
Baxış sayı: 678
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır