12px13px15px17px
Tarix:20/11/15

2016-cı ildə dünya smartfon bazarında artım tempi 7,3 faizədək azalacaq

«TrendForce» analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2015-ci ildə qlobal smartfon tədarükünün həcmi 9,7 faiz artaraq 1,29 milyarda yaxınlaşacaq. İstehsalçıların əksəriyyəti smartfon bazarında müşahidə olunan tələbatın azalmasından əziyyət çəkib, ancaq Çin şirkətləri ən yaxşı nəticə göstərib.
 
 
Analitiklər hesab edir ki, cari ildə Çin şirkətlərindən smartfonların ümumi tədarük həcmi 14,5 faiz artacaq. Nəticədə 2015-ci ildə smartfonların dünya üzrə tədarük həcminin 41 faizi Çin brendlərinin payına düşəcək.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislər, həmçinin «Huawei» şirkətinin yüksək dinamikasından danışaraq bildirib ki, Çin şirkəti 2015-ci ilin əvvəlindən artıq 100 milyondan çox aparatdan tədarük edib və ötənilki göstəricilərini 40 faizdən çox yaxşılaşdırıb.
 
 
«Samsung» ən böyük smartfon tədarükçüsü olaraq qalır, hərçənd şirkət eyni anda iki istiqamətdən güclü rəqabətlə üzləşib: yüksəksəviyyəli aparatlar seqmentində «Apple», orta və aşağı qiymət diapazonuna malik modellər seqmentində Çin şirkətləri Cənubi Koreya şirkətini sıxışdırır. Ekspertlər hesab edir ki, «Samsung» 2016-cı ildə liderliyini qoruyub saxlayacaq, ancaq daha böyük çətinliklərlə rastlaşacaq.
 
 
Analitiklər bütövlükdə smartfon bazarı haqda bildiriblər ki, 2016-cı ildə sözügedən bazarda tədarük həcminin artımı 7,3 faizədək azalacaq və aparatların ümumi tədarük həcmi 1,4 milyard səviyyəsində olacaq.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024