12px13px15px17px
Tarix:20/11/15

Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təkmil formada qurulub

Bu gün Dövlət Miqrasiya Xidmətinin  Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Gəncə regional miqrasiya idarəsinin əhatə etdiyi Qazax rayonunda keçirilən  “Açıq qapı” günündə məlumat verilib.
 
Tədbirdə ölkədə qalma müddətinə müvafiq olaraq bu ilin 10 ayı ərzində 589.454 nəfərin olduğu yer üzrə qeydiyyata alındığı, 22.886 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən olunduğu açıqlanıb.
 
CAHANGİR



Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024