12px13px15px17px
Tarix:20/11/15

Azərbaycanda investor klubu yaradılıb

Azərbaycanda 3 nəfər təsisçidən ibarət investor klubu yaradılıb. Artıq klubun "Facebook" sosial şəbəkəsində "Baku Investors Club"  adlı səhifəsi də fəaliyyətə başlayıb.
 
Bu barədə "İctnews.az" elektron xəbər xidmətinə sözügedən klubun təsisçilərindən biri olan Turxan Əliyev məlumat verib.
 
T.Əliyev təmsil etdiyi klubun yeni yaradıldığını və bu vaxta qədər bir sıra layihələri maliyyələşdirdiklərini söyləyib.
 
O qeyd edib ki, klubun maraq dairəsinə bir sıra sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsi də daxildir.
 
O, təqdim olunacaq layihənin rentabelliyinin, gəlirlilik tərəflərinin əsas götürüləcəyini bildirib.
 
"Elə layihələr ola bilər ki, onun büdcəsi böyük olsun, lakin gəlir gətirmək baxımından uğurlu hesab olunmasın. Bununla belə, kluba təqdim ediləcək layihələrə baxılacaq və sonda dəyərləndirmə aparılacaq".
 
 
Klubun "Facebook" səhifəsində iqtisadiyyatın müxtəlif sahələrindən, o cümlədən İKT-yə aid olan xəbərlərin paylaşıldığını və çevrənin toplanılmaqda olduğunu söyləyən T.Əliyev gələcəkdə fəaliyyətlərini daha da genişləndirəcəklərini və investor kimi daha çox layihələrin maliyyələşdirilməsində iştirak etmək istədiklərini qeyd edib:
 
"Bir sıra planlarımız var. Bununla belə özümüz də İT layihələri hazırlamışıq və onların həyata keçirilməsi istiqamətində çalışırıq".
 
 
 Klub üçün saytın hazırlanmaqda olduğunu vurğulayan T.Əliyev maraqlı şəxslərin həm "Facebook" səhifəsi ilə, həm də yaradılacaq sayt vasitəsi ilə əlaqə saxlamaq imkanlarının olacağını deyib.
 
 
SEYMUR



Baxış sayı: 1006

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024