12px13px15px17px
Tarix:21/11/15

HÖP infrastrukturu “Elektron Hökumət” dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub

 “Hökumət Ödəniş Portalı”na (HÖP) inteqrasiya olunan təşkilatlar üzrə ümumilikdə 330-dan çox növdə xidmətlərlə bağlı ödənişlərin ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası daxil olmaqla) “Azərpoçt” MMC-nin və 40-dan çox bankın 2000-ə yaxın ödəniş məntəqəsində nağd formada və portalın internet resursundan istifadə edilməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada qəbul edilməsi imkanları yaradılıb.
 
Bu barədə  “ICTnews.az”a Mərkəzi Bankdan məlumat verilib.
 
Məlumatda bildirilir ki, Mərkəzi Bankın ödəniş sistemləri üzrə fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də qurulan Milli Ödəniş Sistemi infrastrukturundan daha səmərəli istifadə edilməsi, ölkənin bütün regionlarında maliyyə xidmətlərinə çıxış imkanlarının yaradılması, əhali və iqtisadi subyektlər arasında nağdsız hesablaşmaların genişləndirilməsidir.
 
Bu sahədə görülən tədbirlərdən biri də vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılmasını təmin edən “Hökumət Ödəniş Portalı”nın (HÖP) yaradılmasıdır.
 
“Hazırda dövlət sektorunda fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları, büdcə yığımlarının toplanılması ilə məşğul olan 12 dövlət orqanı, həmçinin stasionar və mobil rabitə xidməti göstərən 5 operator qurulan sözügedən infrastruktura inteqrasiya olunub.
 
Eyni zamanda HÖP infrastrukturu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yaradılan “Elektron Hökumət” dövlət informasiya resursu ilə tam şəkildə inteqrasiya olunub.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024