12px13px15px17px
Tarix:23/11/15

«Facebook» korporativ messencerini təqdim edib

«Facebook» sosial şəbəkəsi iş yerində yazışmalar üçün «Work Chat» mobil proqramını istifadəyə verib. Xidmət «Slack» korporativ messencerinə alternativ olaraq nəzərdə tutulub. «Android» mobil əməliyyat sistemi üçün «Work Chat» versiyası artıq «Google Play» internet mağazasında əlçatandır. «iOS» üçün mobil proqram daha sonra istifadəyə veriləcək.
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «vc.ru» saytına istinadən yazır ki,  «Work Chat» messenceri mətn mesajları, şəkil və videomateriallarla, həmçinin fərdi və ya qrup çatlarında sənədlərlə paylaşmağa imkan verir.
 
Proqramda kontakt siyahısının əvəzinə əməkdaşların kataloqu istifadə olunur.
 
Emil Hüseynov



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024