Tarix:23/11/15
Sənədə əsasən, "ŞAS Şərqi Asiyada sülhün, sabitliyin və iqtisadi rifahın təmin olunması məqsədilə qarşılıqlı maraqlara əsaslanan və ümumi narahatlığa səbəb olan strateji, siyasi, və iqitisadi məsələlərlə bağlı liderlərin geniş mövzuda dialoqu üçün forum olaraq qalır". Bəyannamədə bildirlir ki, ŞAS bundan sonra da regionda dövlətlər arasında qarşılıqlı əlaqələrin qaydalarının müəyyən olunmasına fəal töhfələr verəcək və strateji inamın, fəaliyyət şəffaflığının və davranışın əvvəlcədən müəyyən olunmasının mümkünlüyünə şərait yaradacaq.
Bundan əlavə, sammitdə mötədil qüvvələrin qlobal hərəkatı barədə bəyannamə və zorakı ekstremizmə qarşı, dənizdə əməkdaşlıq, səhiyyənini regional sisteminin möhkəmləndirilməsi və informasiya təhlükəsizliyi barədə birgə bəyanatlar da qəbul edilib. Nümayəndə heyətlərinin rəhbərləri həmçinin informasiya-kommunikasiya vasitlərindən istifadə barədə transmilli məsələr üzrə ŞAS-ın bəyanatını da dəstəkləyiblər.
Tərəflər İKT sahəsində daxili təhlükəsizliyin yüksək səviyyədə mühafizəsini təmin etmək üçün fəallığı artırmaqla ŞAS ölkələrində milli və regional sabitliyin möhkəmləndirilməsinə nail olmaq barədə də razılığa gəliblər. Bu məqsədlə mövcud sahədə risklərin azaldılması və qarşılıqlı inamın inkişafı üçün əməli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi, kibertəhlükəyə qarşı mübarizədə informasiya mübadiləsinin təmin edilməsi də razılaşdırılıb.
Xatırladaq ki, ŞAS Asiya-Sakit okean dövlətləri liderlərinin regionda təhlükəsizlik, iqtisadi tərəqqi və əməli əməkdaşlığın inkişafı kimi məsələlərin strateji dialoq yolu ilə müzakirəsini aparmaq üçün 2005-ci ildə təsis etdikləri platformadır.
Hazırda ŞAS Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan 10 dövləti və onun ABŞ, Yaponiya, Hindistan, Rusiya, Avstraliya, Çin, Yeni Zelandiya, Koreya Respublikası kimi dialoq tərəfdaşlarını özündə birləşdirir.
www.azertag.com
İKT sahəsində daxili təhlükəsizliyin yüksək səviyyədə mühafizəsini təmin etmək üçün bəyannamə qəbul edilib
Noyabrın 22-də Kuala Lumpurda Şərqi Asiya Sammitinə (ŞAS) daxil olan ölkələrin liderləri ŞAS-ın yaranmasının 10-cu ildönümü ilə əlaqədar bəyannamə qəbul ediblər.
Sənədə əsasən, "ŞAS Şərqi Asiyada sülhün, sabitliyin və iqtisadi rifahın təmin olunması məqsədilə qarşılıqlı maraqlara əsaslanan və ümumi narahatlığa səbəb olan strateji, siyasi, və iqitisadi məsələlərlə bağlı liderlərin geniş mövzuda dialoqu üçün forum olaraq qalır". Bəyannamədə bildirlir ki, ŞAS bundan sonra da regionda dövlətlər arasında qarşılıqlı əlaqələrin qaydalarının müəyyən olunmasına fəal töhfələr verəcək və strateji inamın, fəaliyyət şəffaflığının və davranışın əvvəlcədən müəyyən olunmasının mümkünlüyünə şərait yaradacaq.
Bundan əlavə, sammitdə mötədil qüvvələrin qlobal hərəkatı barədə bəyannamə və zorakı ekstremizmə qarşı, dənizdə əməkdaşlıq, səhiyyənini regional sisteminin möhkəmləndirilməsi və informasiya təhlükəsizliyi barədə birgə bəyanatlar da qəbul edilib. Nümayəndə heyətlərinin rəhbərləri həmçinin informasiya-kommunikasiya vasitlərindən istifadə barədə transmilli məsələr üzrə ŞAS-ın bəyanatını da dəstəkləyiblər.
Tərəflər İKT sahəsində daxili təhlükəsizliyin yüksək səviyyədə mühafizəsini təmin etmək üçün fəallığı artırmaqla ŞAS ölkələrində milli və regional sabitliyin möhkəmləndirilməsinə nail olmaq barədə də razılığa gəliblər. Bu məqsədlə mövcud sahədə risklərin azaldılması və qarşılıqlı inamın inkişafı üçün əməli əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsi, kibertəhlükəyə qarşı mübarizədə informasiya mübadiləsinin təmin edilməsi də razılaşdırılıb.
Xatırladaq ki, ŞAS Asiya-Sakit okean dövlətləri liderlərinin regionda təhlükəsizlik, iqtisadi tərəqqi və əməli əməkdaşlığın inkişafı kimi məsələlərin strateji dialoq yolu ilə müzakirəsini aparmaq üçün 2005-ci ildə təsis etdikləri platformadır.
Hazırda ŞAS Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan 10 dövləti və onun ABŞ, Yaponiya, Hindistan, Rusiya, Avstraliya, Çin, Yeni Zelandiya, Koreya Respublikası kimi dialoq tərəfdaşlarını özündə birləşdirir.
www.azertag.com
Baxış sayı: 879
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır