12px13px15px17px
Tarix:23/11/15

“Dilmanc” tərcüməçi proqramı dünyanın 129 ölkəsində 260 minə yaxın istifadəçi tərəfindən istifadə edilib

Mobil qurğular üçün "Dilmanc Translator"  proqramı istifadəçilər arasında geniş populyarlıq qazanmış milli proqram məhsullarından biridir.
 
"Android" və "iOS" əməliyyat sistemlərində işləyən bu proqram istifadəçiyə Azərbaycan, ingilis, türk və rus dilləri arasında tərcümə aparmağa imkan verir.
 
Proqram həm şifahi danışığı, həm də mətni tərcümə etməyə və nəticəni səsləndirməyə imkan verir. Tək söz daxil ediləndə həmin sözün lüğətdə mənaları, nitq hissəsi, sinonimləri və s. informasiya göstərilir. Proqramın digər maraqlı imkanı isə əcnəbi ilə söhbət rejimidir. Bu rejimdə uyğun düymələr basılmaqla xarici dildə danışıq Azərbaycan dilinə, Azərbaycan dilində danışıq isə xarici dilə avtomatik tərcümə olunaraq səsləndirilir.
 
 
Tamamilə pulsuz yayılan "Dilmanc Translator" proqramı "Google Play Store" və "Apple App Store"-dan birlikdə 300 min dəfəyə yaxın köçürülüb.
 
2015-ci il ərzində (1 yanvar-18 noyabr) mobil qurğular üçün "Dilmanc" tərcüməçi proqramı dünyanın 129 ölkəsində 260 minə yaxın istifadəçi tərəfindən istifadə edilib.
 
Proqramın geniş istifadə edildiyi ilk 10 ölkə sırasına Azərbaycan, Rusiya və s. keçmiş SSRİ ölkələrilə yanaşı, Türkiyə, Almaniya, ABŞ, İran və digər ölkələr də daxildir.
 
Qeyd edək ki, bu proqramı siz "Google Play" və "App Store"-dan öz mobil qurğunuza tamamilə pulsuz yükləyərək istifadə edə bilərsiniz.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024