12px13px15px17px
Tarix:23/11/15

Azərbaycanın ilk elmi internet televiziyasının saytı fəaliyyətə başlayacaq

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycanda ilk elmi internet-televiziya olan Milli Elmlər Akademiyasının "Elm TV" kanalının rəsmi saytının yaradılmasına dair qərar qəbul olunub. 2 ilə yaxındır ki, fəaliyyət göstərən internet-televiziya hazırda "http://www.science.gov.az" portalında yayımlanır.
 
 "Elm TV"-nin rəhbəri Xatirə Cabbarzadə şəbəkə televiziyasının saytının yaxın aylarda istismara veriləcəyini bildirib.
 
Onun sözlərinə görə, hazırda veb-saytın yaradılması işləri yekunlaşmaq üzrədir. Akademiyadan verilən məlumata görə, TV rəhbəri AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq yaradılan, müxtəlif bölmələri və zəngin video-qalereyanı özündə əks etdirəcək veb-telekanalın "elmtv.az" domen adı altında fəaliyyət göstərəcəyini bildirib.
 
 "Elm" televiziyasının AMEA-nın institut və təşkilatlarının fəaliyyətini tam şəkildə əks etdirən yeganə vizual mənbə olduğunu bildirən X.Cabbarzadə əsas məqsədin elmin populyarlaşdırılması, elmi nailiyyətlərin, həmçinin mövcud problemlərin ictimaiyyətə çatdırılması olduğunu söyləyib.
 
O, saytda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin, xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətini əks etdirən videomaterialların, o cümlədən dünyada baş verən elmi yeniliklər haqqında videosüjetlərin də öz əksini tapacağını qeyd edib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024