12px13px15px17px
Tarix:23/11/15

Hər kəsə tullantıları azaltmağı öyrədəcək sayt yaradılıb

“Təmiz Şəhər” ASC yeni və funksional dizaynla “Tullantim.az” saytını istifadəçilərə təqdim edib.
 
“ICTnews.az”ın məlumatına görə, bu sayt vasitəsilə şəhər təmizliyi üçün yeni imkanlar təklif olunur. Layihə tullantıların miqdarının azaldılması istiqamətində ölkədə aparılan işlərə dəstək olacaq.
 
Saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri – şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər. Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını “Tullantim.az”ın “İanə et” bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər.
 
Bununla, həm xeyir iş görmüş olarlar, həm də “Təmiz Şəhər” ASC-nin tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmizliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.
 
 
Bundan başqa, saytın “Yaşıl düşün”, “Atma, yarat”, “Şəhərimizi təmiz saxlayaq”, “Birja” bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə şəxslərə və müəssisələrə tullantıları  idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024