12px13px15px17px
Tarix:23/11/15

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turuna start verib

Təhsil Nazirliyi, "Microsoft  Azerbaijan" şirkəti, "Yüksək Texnologiyalar Parkı" və "Nar Mobile" rabitə operatoru "Microsoft Imagine Cup" innovasiya müsabiqəsinin milli seçim turuna start verib.

"Microsoft Imagine Cup" dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsidir. Bu müsabiqə Azərbaycanda ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar "İnnovasiya", "Dünya vətəndaşlığı" və "Oyunlar" kateqoriyaları üzrə iştirak edə bilər. Müsabiqədə iştirak üçün "Microsoft" platforması üzərində innovativ proqram layihəsi, "Microsoft" texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən "Microsoft Windows" platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.


Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır.
Müsabiqədə iştirak üçün qeydiyyat dekabrın 25-dək davam edəcək. Gələn ilin yanvarın 1-dən aprelin 15-dək isə müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli turun finalı keçiriləcək. Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda – gələn ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən "Microsoft Imagine Cup 2015" müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət "NoObs" komandası "İnnovasiyalar" kateqoriyasında II yeri tutub.

Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan komandasına "bluetooth-tənzimçilər" dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan, "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "Spinal" layihəsi uğur gətirib.



Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Oktyabr 2018

16/10/18
Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb

“HTC”, “Oculus” və “Sony” kimi şirkətlərin səyi sayəsində virtual reallıq daha da geniş yayılmaqdadır

16/10/18
“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen vəfat edib

“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen çərşənbə axşamı 65 yaşında dünyasını dəyişib

16/10/18
“Apple” istifadəçilərin musiqi seçimini dəqiq müəyyənləşdirəcək

ABŞ-ın “Apple” şirkəti istifadəçilərin musiqi seçimlərinin təhlili ilə məşğul olan “Asaii” şirkətini satın alıb

16/10/18
Ən sürətli kamera yaradılıb

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları 

16/10/18
“Android” sisteminin idarəetməsi altında işləyən ən kiçik smartfon təqdim edilib

2010-cu ildə cib kompüterləri istehsal edən “Palm” şirkəti “Hewlett-Packard” şirkəti tərəfindən satın alındıqdan 

15 10 2018

15/10/18
Ölkəmizdə domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib

Domen adları və İP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyələrinə əsasən,  oktyabrın

15/10/18
“DanaBot” bank troyanı müxtəlif ölkələrdə qeydə alınıb

“Eset” antivirus şirkəti “Delphi” proqramlaşdırma dilində yazılmış “DanaBot” adlı bank troyan virusunun 

15/10/18
Səs analizi depressiyanı və intiharla bağlı fikirləri aşkarlamağa kömək edəcək

Avstraliyanın Yeni Cənubi Uels Universiteti kompüter təliminin insan səsinin xüsusiyyətlərinə 

15/10/18
Vena və arteriyalarda əməliyyat aparmaq üçün miniatür kamera hazırlanıb

Kembric Universitetinin alimləri damarlarda əməliyyatların aparılması üçün qeyri-adi quruluşa malik 

15/10/18
“Orange” və “Google” arasında tərəfdaşlıq haqqında saziş imzalanıb

“Orange” və “Google” şirkətləri arasında Fransa və ABŞ-ı birləşdirəcək “Dunant” Transatlantik 

15/10/18
Avropa Birliyi mobil bankçılıq üçün biometrik autentifikasiyanı təhlükəli hesab edir

Gələn il milyonlarla avropalı mobil bankçılıq üçün öz hesabında avtorizasiyadan keçərkən gözlənilmədən 

15/10/18
“Android” sistemi üçün yeni təhlükəli virus aşkarlanıb

“Cisco” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri “Android” əməliyyat sistemi üçün 

15/10/18
SİM kartsız işləyən ilk smartfon təqdim edilib

“Pundi X” kriptovalyuta startapı blokçeyn texnologiyası əsasında işləyən “XPhone” adlı yeni smartfon 

15/10/18
“Windows”un son yeniləməsi kompüterlərin işini dayandırıb

“Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərin istifadəçiləri yeniləməni quraşdırmaq