12px13px15px17px
Tarix:24/11/15

10 il müddətində ölmüş hesab edilən çinli qız internet-kafedən tapılıb

Syanszyan şəhərində yerləşən internet-kafelərin birində 10 il müddətində itkin düşmüş və ölmüş hesab edilən 24 yaşlı çinli qız tapılıb. O, valideynləri ilə mübahisədən sonra evi tərk edib və o vaxtdan onun üçün müvəqqəti sığınacaq rolunu oynayan müxtəlif kompüter klublarında vaxt keçirib.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «onliner.by» saytına istinadən yazır ki, polislər internet-kafelər üzrə növbəti səhər reydi zamanı Syao Yunu tapıblar. Həmin çinli qız saxta şəxsiyyət vəsiqəsi təqdim etdikdən sonra sorğulanmaq üçün polis bölməsinə aparılıb. Məhz o zaman qızın kimliyi və nə işlə məşğul olduğu məlum olub.
 
 
Syao Yun yaşamaq üçün internet-kafenin əməkdaşlarından pul və yemək dilənib, bəzən kassir kimi işləyib. Onu təxminən 150 dollar məbləğində cərimələyiblər, bundan sonra valideynlərinə qızlarının sağ olduğunu bildiriblər.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024