Tarix:24/11/15
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, cari il sentyabrın sonuna olan məlumata görə, korporasiyanın personalının 26,8 faizini qadınlar təşkil edir, halbuki ötən il bu göstərici 29 faiz olub. Telefon biznesinin yenidən qurulması nəticəsində bu azalma qeydə alınıb: daha çox qadının işlədiyi qurğuların istehsalı üzrə xarici zavodlarda kütləvi ixtisarlar aparılıb - «Microsoft»un nümayəndəsi Qven Hyuston belə deyib.
"Biz əmək kollektivimizdə qadınların sayının az olmasından narazıyıq. Rəhbərlik bu göstəricini yaxşılaşdırmaq üçün əvvəlki kimi mümkün olan hər şeyi edir" - Hyuston yazıb.
İndi «Microsoft» şirkətində təxminən 116 min nəfər işləyir. Ötən illə müqayisədə korporasiyada zərif cinsin nümayəndələrinin sayı 5701, kişilərin sayı isə 5316 azalıb. Qven Hyustonun sözlərinə görə, şirkət gender balansı yaratmağa çalışır və artıq bəzi uğurlar əldə edib. Korporasiyanın bütün İT işçilərinin təxminən 17 faizini qadınlar təşkil edir.
Emil Hüseynov
«Microsoft»un əməkdaşları arasında qadınların sayı azalıb
«Microsoft» korporasiyası Finlandiyanın «Nokia» şirkətinin mobil biznesini satın aldıqdan sonra sonuncuda kütləvi ixtisarlar nəticəsində ABŞ-ın proqram nəhənginin ştatında qadınların sayı azalıb. «The Seattle Times» nəşri «Microsoft»un məlumatlarına istinadən yazır ki, bu halda irqi müxtəliflik genişlənir.«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, cari il sentyabrın sonuna olan məlumata görə, korporasiyanın personalının 26,8 faizini qadınlar təşkil edir, halbuki ötən il bu göstərici 29 faiz olub. Telefon biznesinin yenidən qurulması nəticəsində bu azalma qeydə alınıb: daha çox qadının işlədiyi qurğuların istehsalı üzrə xarici zavodlarda kütləvi ixtisarlar aparılıb - «Microsoft»un nümayəndəsi Qven Hyuston belə deyib.
"Biz əmək kollektivimizdə qadınların sayının az olmasından narazıyıq. Rəhbərlik bu göstəricini yaxşılaşdırmaq üçün əvvəlki kimi mümkün olan hər şeyi edir" - Hyuston yazıb.
İndi «Microsoft» şirkətində təxminən 116 min nəfər işləyir. Ötən illə müqayisədə korporasiyada zərif cinsin nümayəndələrinin sayı 5701, kişilərin sayı isə 5316 azalıb. Qven Hyustonun sözlərinə görə, şirkət gender balansı yaratmağa çalışır və artıq bəzi uğurlar əldə edib. Korporasiyanın bütün İT işçilərinin təxminən 17 faizini qadınlar təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 531
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır