12px13px15px17px
Tarix:25/11/15

Smartfon və daşınan elektronika bazarlarında hansı tendensiyalar gözlənilir

«Strategy Analytics» şirkətinin ekspertləri qlobal smartfon və daşınan elektronika bazarındakı tendensiyalar haqda proqnoz veriblər.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, «Strategy Analytics»in icraçı direktoru Nil Moustonun sözlərinə görə, 2016-cı ildə Hindistan və Çinlə yanaşı, həmçinin İndoneziya smartfon satışı üzrə ən böyük bazarlardan biri olacaq.
 
 
"Çində smartfon bazarı öz pik həddinə çatdığına görə, smartfon istehsalçıları başqa inkişaf etməkdə olan ölkələrdə yeni mənbələr axtarmalıdırlar. 2016-cı ildə qlobal smartfon tədarükünün 13 faizi Hindistan və İndoneziyanın payına düşəcək. 1 il sonra Hindistan ABŞ-ı ötərək Çindən sonra ikinci smartfon bazarına çevriləcək. Bundan başqa, növbəti 5 ildə Hindistan və İndoneziya ən sürətlə inkişaf edən smartfon bazarları olacaq" - mütəxəssis proqnozlaşdırıb.
 
 
Daşınan elektronika haqda danışan «Strategy Analytics» şirkətinin direktoru Kliff Raskind bildirib ki, gələn il "ağıllı" saatların tədarük həcmi 57 faiz artacaq. Eyni zamanda, fitnes-trekerlərin tədarük həcmi 8 faiz artacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024