Tarix:25/11/15
«ICTnews» Elektron Xəbər Xidməti «hitech.vesti.ru» saytına istinadən yazır ki, «Li-Fi» şəbəkəsi haqda ilk dəfə 2011-ci ildə məlum olub.
Estoniyanın “Velmenni” şirkəti Tallində bir neçə ofis və istehsal obyektində avadanlığı quraşdıraraq «Li-Fi» şəbəkəsini real rejimdə sınaqdan keçirib. Məlumatların ötürülməsi sürəti 1 Qbit/san təşkil edib. Qeyd edək ki, hazırda adi «Wi-Fi» şəbəkələrinin əksəriyyətində bu göstərici orta hesabla təxminən 10 Mbit/san təşkil edir.
Ehtimal ki, «Li-Fi» texnologiyasının kütləviləşməsi «Wi-Fi»-ın məhvinə səbəb olmayacaq. Məlumatların ötürülməsi sürətini yüksəltmək üçün mümkün olan yerdə «Li-Fi» avadanlığı quraşdırılacaq, digər qurğular (masaüstü FK-dən smartfon və daşınan elektronikaya kimi) isə mobil şəbəkə, «Wi-Fi» və yeni "işıq interneti" arasında asanlıqla keçid edə bilərlər.
Emil Hüseynov
Yaxın gələcəkdə «işıq interneti» istifadəyə verilə bilər
Məlumatların ötürülməsi üçün işıq mənbələrindən istifadə edən yeni «Li-Fi» texnologiyası ilk dəfə real şəraitdə sınaqdan keçirilib. Orta statistik «Wi-Fi» şəbəkəsi ilə müqayisədə yeni şəbəkədə orta sürət 100 dəfə daha böyükdür.«ICTnews» Elektron Xəbər Xidməti «hitech.vesti.ru» saytına istinadən yazır ki, «Li-Fi» şəbəkəsi haqda ilk dəfə 2011-ci ildə məlum olub.
Estoniyanın “Velmenni” şirkəti Tallində bir neçə ofis və istehsal obyektində avadanlığı quraşdıraraq «Li-Fi» şəbəkəsini real rejimdə sınaqdan keçirib. Məlumatların ötürülməsi sürəti 1 Qbit/san təşkil edib. Qeyd edək ki, hazırda adi «Wi-Fi» şəbəkələrinin əksəriyyətində bu göstərici orta hesabla təxminən 10 Mbit/san təşkil edir.
Ehtimal ki, «Li-Fi» texnologiyasının kütləviləşməsi «Wi-Fi»-ın məhvinə səbəb olmayacaq. Məlumatların ötürülməsi sürətini yüksəltmək üçün mümkün olan yerdə «Li-Fi» avadanlığı quraşdırılacaq, digər qurğular (masaüstü FK-dən smartfon və daşınan elektronikaya kimi) isə mobil şəbəkə, «Wi-Fi» və yeni "işıq interneti" arasında asanlıqla keçid edə bilərlər.
Emil Hüseynov
Baxış sayı: 757
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib