Tarix:26/11/15
«ICTnews.az» Elektron Xəbər Xidməti «hitech.vesti.ru» saytına istinadən yazır ki, «The New York Times» nəşri Sintszyan-Uyğur Muxtar rayonunda baş vermiş bir neçə belə hadisə haqda məlumat veriblər. Bura, Çinin şimal-qərbində yerləşən ən böyük əyalətdir, əhalisinin 40 faizini islam dininə etiqad edən uyğurlar təşkil edir. Çin hökuməti regionda istənilən separatçı meyilləri dərhal aradan qaldırır.
Sintszyan-Uyğur Muxtar rayonunun paytaxtı olan Urumçinin sakini sözügedən nəşrə bildirib ki, xidmətindən istifadə etdiyi mobil operator ona 2 saat sonra mobil nömrəsinin söndürüləcəyi ilə bağlı bildirişdən ibarət SMS mesajı göndərib. Mobil operator bu addımını polisin tələbi ilə izah edib. Hüquq-mühafizə orqanlarından qadına bildiriblər ki, bloklanmanı aradan qaldırmaq üçün «VPN» serverlərdən istifadə edənlərə və «WhatsApp» və ya «Telegram» kimi messencer proqramlarını yükləyənlərə qarşı bu cür tədbirlər görülür.
Emil Hüseynov
Çin hökuməti əhalinin internetə çıxışında maneələr yaradır
Çin hökuməti əhalini "yanlış" xarici saytlardan və internet xidmətlərdən təcrid etmək üçün səylərini artırır. Xarici VPN serverlərin köməyi ilə həmin sayt və xidmətlərə çıxış əldə etmək istəyən istifadəçilərin mobil rabitəsini söndürüblər.«ICTnews.az» Elektron Xəbər Xidməti «hitech.vesti.ru» saytına istinadən yazır ki, «The New York Times» nəşri Sintszyan-Uyğur Muxtar rayonunda baş vermiş bir neçə belə hadisə haqda məlumat veriblər. Bura, Çinin şimal-qərbində yerləşən ən böyük əyalətdir, əhalisinin 40 faizini islam dininə etiqad edən uyğurlar təşkil edir. Çin hökuməti regionda istənilən separatçı meyilləri dərhal aradan qaldırır.
Sintszyan-Uyğur Muxtar rayonunun paytaxtı olan Urumçinin sakini sözügedən nəşrə bildirib ki, xidmətindən istifadə etdiyi mobil operator ona 2 saat sonra mobil nömrəsinin söndürüləcəyi ilə bağlı bildirişdən ibarət SMS mesajı göndərib. Mobil operator bu addımını polisin tələbi ilə izah edib. Hüquq-mühafizə orqanlarından qadına bildiriblər ki, bloklanmanı aradan qaldırmaq üçün «VPN» serverlərdən istifadə edənlərə və «WhatsApp» və ya «Telegram» kimi messencer proqramlarını yükləyənlərə qarşı bu cür tədbirlər görülür.
Emil Hüseynov
Baxış sayı: 906
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib