Tarix:26/11/15
“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, bu barədə mətbuata verdiyi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və mühasibat şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov danışıb. Şöbə müdiri ölkədə sözügedən informasiya sisteminin yaradılması üçün 4 mln. 800 min manat vəsait ayrıldığını söyləyib.
R.Novruzov Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması istiqamətində bir sıra ciddi addımların atıldığını qeyd edərək vurğulayıb ki, artıq bütün rayonlarda bu sistemin ərsəyə gəlməsi ilə bağlı işlər görülür. Onun sözlərinə görə, adıçəkilən informasiya sistemində hər bir rayon üzrə fermerlərin illər üzrə istehsal etdiyi məhsulların növləri, həcmi, bir sözlə, bütün lazımi məlumatlar toplanacaq:
“Elektron kənd təsərrüfatı” informasiya sistemində kənd təsərrüfatına aid olan bütün informasiyalar məlumat bazasında toplanılacaq. Bu da maliyyə təşkilatlarının lazımi məlumatlarla tanış olmasına imkan yaradacaq. Nəticədə maliyyə təşkilatları kənd təsərrüfatı sahəsini sığortalamaqda maraqlı olacaqlar. Üstəlik, məlumat bazası kənd təsərrüfatı sahəsində daha böyük inkişafın və irəliləyişin əldə edilməsində mühüm yardımçı olacaq”.
SEYMUR
“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması sürətləndirilir
Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması üçün ayrılan vəsaitin miqdarı açıqlanıb.“ICTnews” Elektron Xəbər Xidməti bildirir ki, bu barədə mətbuata verdiyi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və mühasibat şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov danışıb. Şöbə müdiri ölkədə sözügedən informasiya sisteminin yaradılması üçün 4 mln. 800 min manat vəsait ayrıldığını söyləyib.
R.Novruzov Azərbaycanda “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması istiqamətində bir sıra ciddi addımların atıldığını qeyd edərək vurğulayıb ki, artıq bütün rayonlarda bu sistemin ərsəyə gəlməsi ilə bağlı işlər görülür. Onun sözlərinə görə, adıçəkilən informasiya sistemində hər bir rayon üzrə fermerlərin illər üzrə istehsal etdiyi məhsulların növləri, həcmi, bir sözlə, bütün lazımi məlumatlar toplanacaq:
“Elektron kənd təsərrüfatı” informasiya sistemində kənd təsərrüfatına aid olan bütün informasiyalar məlumat bazasında toplanılacaq. Bu da maliyyə təşkilatlarının lazımi məlumatlarla tanış olmasına imkan yaradacaq. Nəticədə maliyyə təşkilatları kənd təsərrüfatı sahəsini sığortalamaqda maraqlı olacaqlar. Üstəlik, məlumat bazası kənd təsərrüfatı sahəsində daha böyük inkişafın və irəliləyişin əldə edilməsində mühüm yardımçı olacaq”.
SEYMUR
Baxış sayı: 492
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır