Tarix:27/11/15
Beləliklə, nazirliyin elektron xidmətləri ölkə əhalisinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşır. Təsadüfi deyil ki, nazirlik oktyabrda elektron xidmətlərindən istifadə statistikasına görə bütün qurumlar arasında birinci olub.
RYTN-in ən aktual e-xidməti isə “Telefon nömrəsi üzrə axtarış” xidməti hesab olunur. Belə ki, 2013-cü ilin aprelində “Elektron hökumət” portalına (e-gov.az) əlavə edilən e-xidmətdən indiyədək 1418100 dəfə istifadə olunub.
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Elektron xidmət, həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
CAHANGİR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən aktual elektron xidməti hansıdır?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) telefon nömrəsi üzrə axtarış sistemindən 1,5 milyona yaxın istifadə sayı qeydə alınıb.Beləliklə, nazirliyin elektron xidmətləri ölkə əhalisinin ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşır. Təsadüfi deyil ki, nazirlik oktyabrda elektron xidmətlərindən istifadə statistikasına görə bütün qurumlar arasında birinci olub.
RYTN-in ən aktual e-xidməti isə “Telefon nömrəsi üzrə axtarış” xidməti hesab olunur. Belə ki, 2013-cü ilin aprelində “Elektron hökumət” portalına (e-gov.az) əlavə edilən e-xidmətdən indiyədək 1418100 dəfə istifadə olunub.
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Elektron xidmət, həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
CAHANGİR
Baxış sayı: 999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı