Tarix:27/11/15
“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına əsasən, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib, bu isə ötən illə müqayisədə 14 faizədək çoxdur.
“MilliNet” Təşkilat Komitəsi bildirib ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. Hazırda, 1-ci mərhələ üzrə səsvermə davam edir. Bu mərhələdə səsvermənin nəticələrinə əsasən, bütün nominasiyalar üzrə ikinci mərhələyə keçəcək nominantlar müəyyən olunacaq.
İkinci səsvermə mərhələsi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00:00-da yekunlaşacaq.
Münsiflərin Milli İnternet Mükafatının finalçılarına verdikləri qiymətlər yalnız dekabrın 2-ci dekadasında keçiriləcək təqdimat mərasimində açıqlanacaq.
Bu arada Mükafatın Təşkilat Komitəsi bildirib ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar. Belə ki, bu kimi problemlə qarşılaşan saytlar üçün son qəbul tarixi noyabrın 30-na qədərdir.
Müsabiqə “Azercell Telekom” şirkətinin sponsorluğu, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Delta Telecom” və “Best Comp” şirkətlərinin dəstəyi ilə keçirilir.
Aynur Vəliyeva
Milli İnternet Mükafatının qalibləri dekabrda elan ediləcək
“MilliNet-2015” Milli İnternet Mükafatının qalibləri dekabrın ikinci yarısında elan ediləcək.“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına əsasən, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib, bu isə ötən illə müqayisədə 14 faizədək çoxdur.
“MilliNet” Təşkilat Komitəsi bildirib ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. Hazırda, 1-ci mərhələ üzrə səsvermə davam edir. Bu mərhələdə səsvermənin nəticələrinə əsasən, bütün nominasiyalar üzrə ikinci mərhələyə keçəcək nominantlar müəyyən olunacaq.
İkinci səsvermə mərhələsi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00:00-da yekunlaşacaq.
Münsiflərin Milli İnternet Mükafatının finalçılarına verdikləri qiymətlər yalnız dekabrın 2-ci dekadasında keçiriləcək təqdimat mərasimində açıqlanacaq.
Bu arada Mükafatın Təşkilat Komitəsi bildirib ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar. Belə ki, bu kimi problemlə qarşılaşan saytlar üçün son qəbul tarixi noyabrın 30-na qədərdir.
Müsabiqə “Azercell Telekom” şirkətinin sponsorluğu, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Delta Telecom” və “Best Comp” şirkətlərinin dəstəyi ilə keçirilir.
Aynur Vəliyeva
Baxış sayı: 742
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib