12px13px15px17px
Tarix:27/11/15

“İstedadların hazırlığı laboratoriyası” layihəsi lll Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

“İstedadların hazırlığı laboratoriyası” çərçivəsində III Respublika Olimpiadasının final və mükafatlandırma mərasimi keçirilib. Gənclər arasında elmi-texniki sahəni inkişaf etdirmək, həmçinin də müasir ölkəmizdə yüksək intellektual potensiala malik olan yeni nəslin formalaşdırılması vacib məsələlərdən biridir.
 
İstedadlı gəncləri üzə çıxarmaq, onlara dəstək göstərmək, bacarıqlarının inkişafı üçün şərait yaratmaq, cəmiyyətə təqdim etmək və biliklərinin nüfuzunu artırmaq – “İstedadların hazırlığı laboratoriyası”nın əsas məqsədidir.
 
Gənclər və İdman Nazirliyi tərəfindən 2013-cü ildən etibarən keçirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində Respublika olimpiadaları “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilir.
 
Layihənin əsas məqsədi – 14-16 yaşlı gənclər arasında fundamental və təbii elmlərə marağı artırmaq, yeni ünsiyyət mühitini yaratmaq, onların bu sahədə nailiyyətlər əldə etmək imkanlarını artırmaqdır.
 
Bu məqsədlə İKT vasitəsilə yeniyetmələrin ən geniş kütləsi bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir, onların müəllifləri cəmiyyətdə təbliğ edilir, geniş və şəffaf rəqabət mühiti yaradılır.  Yüksək bilik və elmə həvəs göstərənlər distant təhsilə cəlb edilir. “İstedadların hazırlığı laboratoriyası”  təcrübi xarakter daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir. Gənclər və İdman
 
Nazirliyindən qeyd edilib ki, qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə, eləcə də əsasən İKT vasitəsilə həyata keçirildiyinə görə bu layihə unikaldır. 
 
Keçirilən sınaqlar (onlayn olimpiadalar) yeniyetmələrin bu və ya digər fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir. Layihə “www.istedad.az” veb saytı vasitəsilə həyata keçirilir.
 
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024