Tarix:28/11/15
Patentə görə, yerdə çıxarılabilən kapsul aeroportun bir hissəsini təşkil edəcək. Təyyarə eniş etməzdən əvvəl kapsula baqaj yüklənəcək, eləcə də sərnişinlər əvvəlcədən öz yerlərini tuta biləcəklər. Hava gəmisi hava limanına eniş etdikdən sonra xüsusi kran ondan içərisində sərnişinlərin olduğu kapsulu ayıraraq yenisi ilə əvəz edəcək. Bu prosedurdan sonra təyyarə yeni uçuşa hazır olacaq.
Kapsulun möhkəm bərkidilməsinin tirlərdə xüsusi pazların və bir neçə çıxarılan ştiftin köməyi ilə həyata keçirilməsi təklif olunur. Kapsul özü tam germetik olacaq, onun qapağında isə kran üçün çıxışlar yerləşdiriləcək.
Bu qeyri-adi sxemin tətbiqi üçün xarici görünüşünə görə dayaqlar üzərində halqaya bənzəyən xüsusi aeroportların tikilməsi tələb olunacaq. Təyyarələrin yüklənib-boşaldılması isə karusel prinsipi üzrə həyata keçiriləcək.
“Airbus” nümayəndələrinin fikrincə, patentin həyata keçirilməsi aeroportlarda sərnişin və yük dövriyyəsini sürətləndirəcək və təyyarələrin dayanma vaxtını xeyli azaldacaq. Lakin yaxın gələcəkdə texnologiyanın reallaşdırılması inandırıcı görünmür, çünki o, qüvvədə olan uçuş və sərnişindaşımaları qaydalarına ziddiyyət təşkil edir. Bundan başqa, şirkət ilk öncə praktikada təklif olunan kapsulu ayrılan təyyarə konstruksiyasının təhlükəsiz olmasını sübut etməlidir.
Qeyd edək ki, bu, son vaxtlar aviasiya istehsalı sahəsində ilk qeyri-adi patent deyil. Belə ki, avqustda “Airbus” hipersəsli təyyarə, iyulda isə “Boeing” aviaşirkəti istilik-nüvə təyyarə mühərriki üçün patent hüququ alıb, - “www.newsru.com” yazır.
Kapsulu ayrılan təyyarə üçün patent hüququ alınıb
ABŞ Patent və Əmtəə Nişanları Bürosu Avropanın “Airbus” təyyarə istehsalçısına yük və sərnişinlər üçün nəzərdə tutulan kapsulu ayrılan təyyarə üçün patent hüququ verib.Patentə görə, yerdə çıxarılabilən kapsul aeroportun bir hissəsini təşkil edəcək. Təyyarə eniş etməzdən əvvəl kapsula baqaj yüklənəcək, eləcə də sərnişinlər əvvəlcədən öz yerlərini tuta biləcəklər. Hava gəmisi hava limanına eniş etdikdən sonra xüsusi kran ondan içərisində sərnişinlərin olduğu kapsulu ayıraraq yenisi ilə əvəz edəcək. Bu prosedurdan sonra təyyarə yeni uçuşa hazır olacaq.
Kapsulun möhkəm bərkidilməsinin tirlərdə xüsusi pazların və bir neçə çıxarılan ştiftin köməyi ilə həyata keçirilməsi təklif olunur. Kapsul özü tam germetik olacaq, onun qapağında isə kran üçün çıxışlar yerləşdiriləcək.
Bu qeyri-adi sxemin tətbiqi üçün xarici görünüşünə görə dayaqlar üzərində halqaya bənzəyən xüsusi aeroportların tikilməsi tələb olunacaq. Təyyarələrin yüklənib-boşaldılması isə karusel prinsipi üzrə həyata keçiriləcək.
“Airbus” nümayəndələrinin fikrincə, patentin həyata keçirilməsi aeroportlarda sərnişin və yük dövriyyəsini sürətləndirəcək və təyyarələrin dayanma vaxtını xeyli azaldacaq. Lakin yaxın gələcəkdə texnologiyanın reallaşdırılması inandırıcı görünmür, çünki o, qüvvədə olan uçuş və sərnişindaşımaları qaydalarına ziddiyyət təşkil edir. Bundan başqa, şirkət ilk öncə praktikada təklif olunan kapsulu ayrılan təyyarə konstruksiyasının təhlükəsiz olmasını sübut etməlidir.
Qeyd edək ki, bu, son vaxtlar aviasiya istehsalı sahəsində ilk qeyri-adi patent deyil. Belə ki, avqustda “Airbus” hipersəsli təyyarə, iyulda isə “Boeing” aviaşirkəti istilik-nüvə təyyarə mühərriki üçün patent hüququ alıb, - “www.newsru.com” yazır.
Baxış sayı: 569
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır