12px13px15px17px
Tarix:28/11/15

Bu ilin 10 ayı ərzində satılan elektron lotereya biletlərinin sayı açıqlanıb

“Azərlotereya” ASC bu ilin yanvar-oktyabr ayları ərzində satılan elektron lotereya biletlərinin sayını açıqlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ASC-nin açıqlamasından 10 ayda 130 mindən çox elektron lotereya biletinin satıldığı məlum olub.
 
“Binqo”, “Klassik Loto”, “Super Loto”, “5/36” və “6/40” lotereya biletlərinin elektron satışı “Azərlotereya”nın saytında (www.azərlotereya.com) “Lotereya biletlərinin onlayn satışı” bölməsində  həyata keçirilir.
 
Bu bölmədən istifadə etməklə lotereya biletinin üzərindəki rəqəm kombinasiyalarını da əvvəlcədən təyin etmək olur. Bunun üçün saytda qeydiyyatdan keçmək və balansı artırmaq lazımdır.
 
Lotereya biletinin elektron alışını rahat həyata keçirmək üçün videobələdçinin köməyindən yararlanmaq mümkündür.
 
CAHANGİR




Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024