Tarix:30/11/15
Bu, robot texnikası tarixində robotun insanlarla uzun müddətə sıx təmasa buraxıldığı ilk hadisədir. İsveçin Erebru Universitetinin alimləri bu günlər ərzində qurğunun işini diqqətlə izləyərək onun zəif tərəflərini görməyə və hansı əlavə funksiyaların lazım olmasını anlamağa çalışacaqlar.
“Spencer”in başlıca və hazırda yeganə vəzifəsi aeroportda yolunu azan sərnişinlərə köməyin göstərilməsidir. Robot Shiphol kartı, eləcə də aeroportda olduğu yeri avtomatik müəyyənləşdirən funksiya ilə təchiz edilib. O, bu məlumatların köməyi ilə lazımi terminallara və eniş çıxışlarına yol açacaq. Sərnişinlərin radio ilə aeroportda belə yardımçının mövcudluğu barədə mütəmadi məlumatlandırılması nəzərdə tutulur.
“Spencer” noyabrın 30-da işə başlayacaq, lakin müşahidəçi alimlər robotun aeroportdakı bir sıra obyektlərlə, məsələn, daimi maneə olmayan və öz yerini dəyişən baqaj arabaları ilə necə təmas qurmasından narahatdırlar. Bundan başqa, robotun insanların yanından ötərək onların davranışını necə başa düşəcəyi hələ ki tam aydın deyil. “Spencer”in iş təcrübəsi müsbət olsa, oxşar robotların daha geniş vəzifələri yerinə yetirmək üçün hazırlanması nəzərdə tutulur. Məsələn, muzeylərdə “Spencer”ə oxşar bələdçi robotların yaradılması mümkündür, - "www.dni24.com” yazır.
Niderlandın əsas aeroportu işə robot qəbul edir
Bu həftə Amsterdamın əsas Shiphol aeroportunda “Spencer” adlı yeni robot qulluqçu işə başlayacaq.Bu, robot texnikası tarixində robotun insanlarla uzun müddətə sıx təmasa buraxıldığı ilk hadisədir. İsveçin Erebru Universitetinin alimləri bu günlər ərzində qurğunun işini diqqətlə izləyərək onun zəif tərəflərini görməyə və hansı əlavə funksiyaların lazım olmasını anlamağa çalışacaqlar.
“Spencer”in başlıca və hazırda yeganə vəzifəsi aeroportda yolunu azan sərnişinlərə köməyin göstərilməsidir. Robot Shiphol kartı, eləcə də aeroportda olduğu yeri avtomatik müəyyənləşdirən funksiya ilə təchiz edilib. O, bu məlumatların köməyi ilə lazımi terminallara və eniş çıxışlarına yol açacaq. Sərnişinlərin radio ilə aeroportda belə yardımçının mövcudluğu barədə mütəmadi məlumatlandırılması nəzərdə tutulur.
“Spencer” noyabrın 30-da işə başlayacaq, lakin müşahidəçi alimlər robotun aeroportdakı bir sıra obyektlərlə, məsələn, daimi maneə olmayan və öz yerini dəyişən baqaj arabaları ilə necə təmas qurmasından narahatdırlar. Bundan başqa, robotun insanların yanından ötərək onların davranışını necə başa düşəcəyi hələ ki tam aydın deyil. “Spencer”in iş təcrübəsi müsbət olsa, oxşar robotların daha geniş vəzifələri yerinə yetirmək üçün hazırlanması nəzərdə tutulur. Məsələn, muzeylərdə “Spencer”ə oxşar bələdçi robotların yaradılması mümkündür, - "www.dni24.com” yazır.
Baxış sayı: 1065
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib