Tarix:30/11/15
«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən yazır ki, bu məqsəd naminə birləşmiş məşhur iş adamlarından ibarət qrup «Breakthrough Energy Coalition» adlandırılıb. Mark Zukerberq, Bill Qeyts, «Amazon» internet şirkətinin direktoru Ceff Bezos, «Alibaba Group»un qurucusu Cek Ma, həmçinin «Virgin Group» korporasiyasının təsisçisi Riçard Brenson sözügedən qrupun iştirakçıları sırasındadırlar.
Bu qrup ilkin mərhələlərdə elektrik enerjisinin istehsalına, onun saxlanılmasına, nəqlinə və istehsalının səmərəliliyinin yüksəldilməsinə sərmayə yatıracaq. İş adamları gələcəkdə innovativ ideyaları geniş təbliğ edəcək investorların cəlbini planlaşdırırlar.
«Breakthrough Energy Coalition» adlı qrupun qarşısına qoyduğu əsas məqsədlərdən biri qlobal istiləşmənin qarşısını almaq və yoxsul ölkələri elektrik enerjisi ilə təmin etməkdir.
Emil Hüseynov
İT sənayesinin maqnatları planetin "təmiz enerji" ilə təmin edilməsi üzrə səmərəli texnologiyalara sərmayə qoyacaq
Dünyanın bir sıra nəhəng texnologiya şirkətləri planetin "təmiz enerji" ilə təmin edilməsindən ötrü etibarlı və səmərəli texnologiyaların tədqiqinə sərmayə qoymaq üçün birləşib.«ICTnews» elektron xəbər xidməti «gazeta.ru» resursuna istinadən yazır ki, bu məqsəd naminə birləşmiş məşhur iş adamlarından ibarət qrup «Breakthrough Energy Coalition» adlandırılıb. Mark Zukerberq, Bill Qeyts, «Amazon» internet şirkətinin direktoru Ceff Bezos, «Alibaba Group»un qurucusu Cek Ma, həmçinin «Virgin Group» korporasiyasının təsisçisi Riçard Brenson sözügedən qrupun iştirakçıları sırasındadırlar.
Bu qrup ilkin mərhələlərdə elektrik enerjisinin istehsalına, onun saxlanılmasına, nəqlinə və istehsalının səmərəliliyinin yüksəldilməsinə sərmayə yatıracaq. İş adamları gələcəkdə innovativ ideyaları geniş təbliğ edəcək investorların cəlbini planlaşdırırlar.
«Breakthrough Energy Coalition» adlı qrupun qarşısına qoyduğu əsas məqsədlərdən biri qlobal istiləşmənin qarşısını almaq və yoxsul ölkələri elektrik enerjisi ilə təmin etməkdir.
Emil Hüseynov
Baxış sayı: 527
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır