Tarix:30/11/15
Məlumat üçün bildirək ki, sözügedən müsabiqəyə EMEAR regionunu (Afrika, Yaxın Şərq, Avropa və Rusiya/MDB ölkələri) təmsil edən İT mütəxəssisləri dəvət edilib. Bu yarışda iştirakçılar öz həmkarlarına qarşı keçiriləcək təkbətək İT-sınaqda informasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Müsabiqənin qalibi 16-19 fevral 2016-cı il tarixlərində Berlində keçiriləcək “Cisco Live” konfransına pulsuz (bilet və oteldə yerləşmə daxildir) səfər etmək şansını əldə edəcək.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın İT mütəxəssislərini adıçəkilən müsabiqə haqqında daha geniş məlumatlandırmaq üçün “Bakutel 2015” sərgisində ətraflı məlumat veriləcək və eyni zamanda onlara “Cisco IT Battle” çərçivəsində özlərinin şəbəkə texnologiyaları sahəsindəki bilik və bacarıqlarını da yoxlamaq imkanı yaradılacaq.
Məhz bu məqsədlə “Cisco”nun stendi müvafiq “əməliyyat yerləri” ilə təchiz olunacaq.
Sərgi çərçivəsində “AzNet” tədris mərkəzi “Cisco”-nun Azərbaycandakı Akademiyasının təlimatçıları və dinləyiciləri üçün bir sıra tədbirlər təşkil edəcək.
Bununla yanaşı, “Bakutel 2015” tədbirində “Cisco”-nun Rusiya/MDB ölkələrində iş üzrə vitse-prezidenti Conatan Sparrou (Jonathan Sparrow) və (virtual olaraq) şirkətin vitse-prezidenti, informasiya təhlükəsizliyi üzrə baş direktoru Con Styuart (John Stewart) iştirak edəcəklər. Con Styuartın virtual iştirakı ilə sessiya 2 dekabr tarixində “Cisco” şirkətinin “Cisco TelePresence immersiv” iştirak sisteminin yardımı ilə təşkil olunacaq. Həmin sessiyanın iştirakçıları cari kibertəhlükələrin xüsusiyyətlərini, kibercinayətkarlara qarşı əks tədbir vasitələrini və Azərbaycanda informasiyanın qorunması sahəsindəki son durumu müzakirə edəcəklər.
Qeyd etmək lazımdır ki, “Cisco İT Battle” müsabiqəsi bir neçə mərhələdən ibarət olacaq. Qeydiyyatdan sonra iştirakçılara təsnifat sualı veriləcək. Bu suala düzgün cavab verən şəxslər müsabiqədə iştirak etmək hüququnu qazanacaqlar.
Sınağın şərtlərinə görə, iştirakçının keçirəcəyi təkbətək İT-yarışların sayı 40-dan çox ola bilməz. Bu və ya digər mərhələni necə keçməsindən asılı olaraq iştirakçılar avtomatik olaraq bir pillə yuxarı qalxacaqlar və ya bir pillə aşağı düşəcəklər. Ümumilikdə, “Cisco”nun CCNA, CCNP və CCIE sertifikatlaşdırma proqramlarına uyğun olaraq 3 növ yarış nəzərdə tutulub.
Təkbətək yarışlardakı müvəffəqiyyət, sualların mürəkkəblilik səviyyəsi, cavablara sərf edilən vaxt iştirakçının reytinqinə təsir edir edəcək. Sadalanan göstəricilər nə qədər yüksək olarsa, iştirakçının reytinqi də bir o qədər yüksək olacaq. Məhz ümumi reytinq siyahısında lider pilləsinə yüksələn İT mütəxəssisi “Cisco IT Battle” müsabiqəsinin qalibi olacaq.
Onu da əlavə edək ki, “Cisco IT Battle” müsabiqəsində komanda hesabı da mövcuddur. Belə ki, hər bir iştirakçının reytinqi onun təmsil etdiyi ölkənin reytinqinə də birbaşa təsir edir.
Müsabiqə başa çatdıqdan sonra ən yüksək reytinqi olan ölkə qalib elan olunacaq.
İlk beşliyə daxil olan ölkələri təmsil edən ən güclü iştirakçılar “Fast Lane” tədris mərkəzlərində “Cisco” kurslarına 5-20% endirim, həmçinin “Plantronics” dəstləri və ya qulaqlıqlar əldə edəcəklər.
SEYMUR
Azərbaycanın İT mütəxəssisləri beynəlxalq İT-turnirdə iştirak edəcək
Dünyanın tanınmış “Cisco” şirkəti tərəfindən “Bakutel 2015” sərgi-konfransı çərçivəsində beynəlxalq “Cisco IT Battle (it-battle.com)” müsabiqəsi keçiriləcək. Bu müsabiqədə Azərbaycanın İT mütəxəssislərinin də iştirak edəcəyi gözlənilir.Məlumat üçün bildirək ki, sözügedən müsabiqəyə EMEAR regionunu (Afrika, Yaxın Şərq, Avropa və Rusiya/MDB ölkələri) təmsil edən İT mütəxəssisləri dəvət edilib. Bu yarışda iştirakçılar öz həmkarlarına qarşı keçiriləcək təkbətək İT-sınaqda informasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Müsabiqənin qalibi 16-19 fevral 2016-cı il tarixlərində Berlində keçiriləcək “Cisco Live” konfransına pulsuz (bilet və oteldə yerləşmə daxildir) səfər etmək şansını əldə edəcək.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın İT mütəxəssislərini adıçəkilən müsabiqə haqqında daha geniş məlumatlandırmaq üçün “Bakutel 2015” sərgisində ətraflı məlumat veriləcək və eyni zamanda onlara “Cisco IT Battle” çərçivəsində özlərinin şəbəkə texnologiyaları sahəsindəki bilik və bacarıqlarını da yoxlamaq imkanı yaradılacaq.
Məhz bu məqsədlə “Cisco”nun stendi müvafiq “əməliyyat yerləri” ilə təchiz olunacaq.
Sərgi çərçivəsində “AzNet” tədris mərkəzi “Cisco”-nun Azərbaycandakı Akademiyasının təlimatçıları və dinləyiciləri üçün bir sıra tədbirlər təşkil edəcək.
Bununla yanaşı, “Bakutel 2015” tədbirində “Cisco”-nun Rusiya/MDB ölkələrində iş üzrə vitse-prezidenti Conatan Sparrou (Jonathan Sparrow) və (virtual olaraq) şirkətin vitse-prezidenti, informasiya təhlükəsizliyi üzrə baş direktoru Con Styuart (John Stewart) iştirak edəcəklər. Con Styuartın virtual iştirakı ilə sessiya 2 dekabr tarixində “Cisco” şirkətinin “Cisco TelePresence immersiv” iştirak sisteminin yardımı ilə təşkil olunacaq. Həmin sessiyanın iştirakçıları cari kibertəhlükələrin xüsusiyyətlərini, kibercinayətkarlara qarşı əks tədbir vasitələrini və Azərbaycanda informasiyanın qorunması sahəsindəki son durumu müzakirə edəcəklər.
Qeyd etmək lazımdır ki, “Cisco İT Battle” müsabiqəsi bir neçə mərhələdən ibarət olacaq. Qeydiyyatdan sonra iştirakçılara təsnifat sualı veriləcək. Bu suala düzgün cavab verən şəxslər müsabiqədə iştirak etmək hüququnu qazanacaqlar.
Sınağın şərtlərinə görə, iştirakçının keçirəcəyi təkbətək İT-yarışların sayı 40-dan çox ola bilməz. Bu və ya digər mərhələni necə keçməsindən asılı olaraq iştirakçılar avtomatik olaraq bir pillə yuxarı qalxacaqlar və ya bir pillə aşağı düşəcəklər. Ümumilikdə, “Cisco”nun CCNA, CCNP və CCIE sertifikatlaşdırma proqramlarına uyğun olaraq 3 növ yarış nəzərdə tutulub.
Təkbətək yarışlardakı müvəffəqiyyət, sualların mürəkkəblilik səviyyəsi, cavablara sərf edilən vaxt iştirakçının reytinqinə təsir edir edəcək. Sadalanan göstəricilər nə qədər yüksək olarsa, iştirakçının reytinqi də bir o qədər yüksək olacaq. Məhz ümumi reytinq siyahısında lider pilləsinə yüksələn İT mütəxəssisi “Cisco IT Battle” müsabiqəsinin qalibi olacaq.
Onu da əlavə edək ki, “Cisco IT Battle” müsabiqəsində komanda hesabı da mövcuddur. Belə ki, hər bir iştirakçının reytinqi onun təmsil etdiyi ölkənin reytinqinə də birbaşa təsir edir.
Müsabiqə başa çatdıqdan sonra ən yüksək reytinqi olan ölkə qalib elan olunacaq.
İlk beşliyə daxil olan ölkələri təmsil edən ən güclü iştirakçılar “Fast Lane” tədris mərkəzlərində “Cisco” kurslarına 5-20% endirim, həmçinin “Plantronics” dəstləri və ya qulaqlıqlar əldə edəcəklər.
SEYMUR
Baxış sayı: 607
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır