Tarix:30/11/15
Qeyd etmək lazımdır ki, öz sıralarında 50-dən artıq ölkəni birləşdirən beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitetin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.
“ISESCO BESTDOC PORTAL” adlandırılacaq bu platforma xüsusi olaraq ISESCO üçün Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan ölkələr üçün sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq.
Platformadan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq.
Ümumilikdə, sistemin işə düşməsi ISESCO-ya üzv ölkələr arasında qarşılıqlı əlaqələrin İT innovasiyalara və elektron həllərə söykənən müstəvidə daha da inkişaf etməsinə zəmin yaradacaq.
Hazırda “B.EST Solutions” şirkəti tərəfindən “ISESCO BESTDOC PORTAL” layihəsinin texniki aspektləri üzərində iş aparılır. İlkin olaraq platformanın 2016-cı ildə istismara verilməsi planlaşdırılıb.
Aynur Vəliyeva
ISESCO Azərbaycan mütəxəssislərinin hazırladığı sənədlərin elektron imzalanması platformasını tətbiq etməyi planlaşdırır
Bu günlərdə Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası və ISESCO Baş Konfransının 12-ci sessiyası baş tutub. Konfransın gedişatında ISESCO-nun elektron sənəd dövriyyəsi sistemində sərhədlərarası innovativ elektron və mobil imza və elektron sənədlərin idarə edilməsi platformasının tətbiqinə dair Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs nəzərdən keçirilib.Qeyd etmək lazımdır ki, öz sıralarında 50-dən artıq ölkəni birləşdirən beynəlxalq təşkilat çərçivəsində daxili elektron identitetin tətbiqi dünya miqyasında bu qəbildən olan ilk belə innovativ layihədir.
“ISESCO BESTDOC PORTAL” adlandırılacaq bu platforma xüsusi olaraq ISESCO üçün Azərbaycanın “Asan İmza” və “Asan ID” mobil və elektron identitetlərinin bazasında hazırlanmış universal “ISESCO ID” rəqəmsal identitet alətinin köməyilə fəaliyyət göstərəcək və ISESCO-ya üzv olan ölkələr üçün sənəd dövriyyəsini təkmilləşdirmək məqsədilə hazırlanmış vahid elektron mühit çərçivəsində fəaliyyət imkanı yaradacaq.
Platformadan istifadə etməklə “ISESCO ID & m-ID” aləti vasitəsilə istifadəçilərin gücləndirilmiş autentifikasiyası və imza səlahiyyətlərinin təsdiqi, sənədlərin elektron imzalanması, saxlanması və sistemin digər istifadəçiləri ilə paylaşılması mümkün olacaq.
Ümumilikdə, sistemin işə düşməsi ISESCO-ya üzv ölkələr arasında qarşılıqlı əlaqələrin İT innovasiyalara və elektron həllərə söykənən müstəvidə daha da inkişaf etməsinə zəmin yaradacaq.
Hazırda “B.EST Solutions” şirkəti tərəfindən “ISESCO BESTDOC PORTAL” layihəsinin texniki aspektləri üzərində iş aparılır. İlkin olaraq platformanın 2016-cı ildə istismara verilməsi planlaşdırılıb.
Aynur Vəliyeva
Baxış sayı: 567
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır