12px13px15px17px
Tarix:01/12/15

“Azercell Telekom” şirkətinə ilk dəfə olaraq azərbaycanlı prezident təyin edildi

Vahid Mürsəliyev Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin prezidenti vəzifəsinə təyin edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Vahid Mürsəliyev şirkətin Hüquq və İdarə İşləri Departamentinin direktoru vəzifəsi ilə bərabər, bu ilin yanvar ayından “Azercell”in prezidenti vəzifələrinin icraçısı kimi fəaliyyət göstərirdi.
 
 “Azercell”in tarixində ilk dəfə olaraq, azərbaycanlının prezident vəzifəsinə təyin olunması çox qürurvericidir. Yeni işində ona uğurlar arzulayıram” - deyə, “TeliaSonera” şirkətinin Avrasiya regionu üzrə rəhbəri Emil Nilsson qeyd edib.
 
 
Məlumat üçün bildirək ki, Vahid Mürsəliyev “Azercell Telekom”da 2005-ci ildən çalışır. 10 il ərzində o,  şirkət prezidentinin baş müşaviri, eləcə də, Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib.
 
 
V. Mürsəliyev 2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparıb. Bundan əlavə Biznesin İdarə Olunması  üzrə sertifikata malikdir.  O, eyni zamanda, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.
 
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024