Tarix:02/12/15
Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətlərinin təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadə bildirib ki, ənənəvi olaraq təşkil edilən "Bakutel" sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib.
R.Quluzadə ötən 21 il ərzində "Bakutel" sərgisinin informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq etdiyini qeyd edib.
"İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda informasiya və yüksək texnologiyalar sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib. Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır. Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub. Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə lider ölkəyə çevrilib".
Nazirin birinci müavini "Bakutel" sərgi-konfransının yüksək səviyyədə keçiriləcəyi və regionda İKT-nin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.
İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək, sərgiyə göstərdiyi yüksək dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib. O, builki sərgidə 21 ölkədən 203 şirkətin iştirak etdiyini deyib. E.Stroonun sözlərinə görə, iştirak edən şirkətlərin 15 faizi ilk dəfə olaraq "Bakutel" sərgisinə qatılıb: "Ümid edirəm ki, sərgi yerli və beynəlxalq İT şirkətləri üçün yeni üfüqlər açacaq".
Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları var. İlk dəfə olaraq, "Bakutel 2015" sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - "Bakcell" şirkəti çıxış edir.
Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir. Belə ki, "Bakutel-2015"-də ilk dəfə olaraq "Avaya", "Google", "Kasperskiy Laboratoriyası" və digər aparıcı dünya şirkətləri iştirak edirlər.
Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında ümumilikdə informasiya texnologiyaları, 4-5G mobil, fiber-optik və "bulud" texnologiyaları üzrə xidmətlər, milli genişzolaqlı internet üzrə həll variantları, elektron hökumət xidmətləri, eləcə də informasiya təhlükəsizliyi yer alır. Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində "Azercosmos" və "Arianespace" şirkətləri arasında "Azerspace-2" ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında sazişin imzalanması nəzərdə tutulur.
Eyni zamanda, "Bakutel 2015" çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 3-cü "Regional İnternet İdarəçilik Forumu", BTİ-nin Standartlaşdırma bürosunun 3 saylı tədqiqat Komissiyasının Regional qrupunun ilk iclası keçiriləcək.
“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin açılış mərasimi keçirilib
Bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə regionun ən iri ixtisaslaşmış tədbiri - "Bakutel 2015" 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb.Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətlərinin təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadə bildirib ki, ənənəvi olaraq təşkil edilən "Bakutel" sərgi və konfransı telekommunikasiya və informasiya texnologiyaları sahəsində mühüm beynəlxalq tədbirə çevrilib.
R.Quluzadə ötən 21 il ərzində "Bakutel" sərgisinin informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq etdiyini qeyd edib.
"İqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında olan Azərbaycanda informasiya və yüksək texnologiyalar sektorunun qarşısında böyük vəzifələr qoyulub. Bu sahə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prioritet inkişaf sahələrindən elan edilib. Son illərdə əldə olunan nailiyyətlər, İKT-nin inkişafı baxımından Azərbaycan artıq regionun lider dövləti kimi tanınır. Müstəqil, gənc dövlət olan Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrindəki gücünü insan kapitalına da çevirməyə nail olub. Bu gün beynəlxalq kosmik məkana inteqrasiya yolunu tutan Azərbaycan regionda kosmik sahədə lider ölkəyə çevrilib".
Nazirin birinci müavini "Bakutel" sərgi-konfransının yüksək səviyyədə keçiriləcəyi və regionda İKT-nin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.
İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək, sərgiyə göstərdiyi yüksək dəstəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığını bildirib. O, builki sərgidə 21 ölkədən 203 şirkətin iştirak etdiyini deyib. E.Stroonun sözlərinə görə, iştirak edən şirkətlərin 15 faizi ilk dəfə olaraq "Bakutel" sərgisinə qatılıb: "Ümid edirəm ki, sərgi yerli və beynəlxalq İT şirkətləri üçün yeni üfüqlər açacaq".
Açılış mərasimindən sonra qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları var. İlk dəfə olaraq, "Bakutel 2015" sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - "Bakcell" şirkəti çıxış edir.
Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir. Belə ki, "Bakutel-2015"-də ilk dəfə olaraq "Avaya", "Google", "Kasperskiy Laboratoriyası" və digər aparıcı dünya şirkətləri iştirak edirlər.
Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında ümumilikdə informasiya texnologiyaları, 4-5G mobil, fiber-optik və "bulud" texnologiyaları üzrə xidmətlər, milli genişzolaqlı internet üzrə həll variantları, elektron hökumət xidmətləri, eləcə də informasiya təhlükəsizliyi yer alır. Sərgini müşayiət edən işgüzar proqram çərçivəsində "Azercosmos" və "Arianespace" şirkətləri arasında "Azerspace-2" ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında sazişin imzalanması nəzərdə tutulur.
Eyni zamanda, "Bakutel 2015" çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 3-cü "Regional İnternet İdarəçilik Forumu", BTİ-nin Standartlaşdırma bürosunun 3 saylı tədqiqat Komissiyasının Regional qrupunun ilk iclası keçiriləcək.
Baxış sayı: 884
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı