Tarix:02/12/15
Təşkilat Komitəsindən verilən məlumata görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilmişdi. Onlardan yalnız qaydalara uyğun olan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Ötən il isə müsabiqəyə 272 sayt qəbul edilmişdi.
Təqdim olunan 299 saytın qiymətləndirilməsində 15 nəfərlik Münsiflər heyətindən 14 münsif 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib. Mobil tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə ekspertlər iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşı 97 sayt nominant statusu alıb. Bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı “www.millinet.az” saytında yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 3 dekabr tarixdə başlayacaq və 13 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər nominasiya üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin 17 dekabr 2015-ci il tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə həmçinin “BestComp” və “Aromaniya” şirkətlərinin hədiyyələri təqdim olunacaq.
Qeyd edək ki, Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin Baş sponsoru “Azercell” şirkətidir. “Delta Telecom” və “BestCom” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
CAHANGİR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi müsabiqənin nominantları seçilib
Milli İnternet Mükafatı – “Milli Net 2015” müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.Təşkilat Komitəsindən verilən məlumata görə, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilmişdi. Onlardan yalnız qaydalara uyğun olan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Ötən il isə müsabiqəyə 272 sayt qəbul edilmişdi.
Təqdim olunan 299 saytın qiymətləndirilməsində 15 nəfərlik Münsiflər heyətindən 14 münsif 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib. Mobil tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə ekspertlər iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşı 97 sayt nominant statusu alıb. Bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı “www.millinet.az” saytında yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 3 dekabr tarixdə başlayacaq və 13 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər nominasiya üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin 17 dekabr 2015-ci il tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq. 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə həmçinin “BestComp” və “Aromaniya” şirkətlərinin hədiyyələri təqdim olunacaq.
Qeyd edək ki, Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir. Müsabiqənin Baş sponsoru “Azercell” şirkətidir. “Delta Telecom” və “BestCom” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
CAHANGİR
Baxış sayı: 542
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır