12px13px15px17px
Tarix:03/12/15

10-20 il sonra robotlar iş qüvvəsinin 50 faizini əvəz edəcək

Yaponiyada 10-20 il sonra süni intellektə malik robotlar insanların əməyinin 33 faizindən çox hissəsini yerinə yetirəcək. «NHK» televiziya şirkətinin yaydığı məlumata əsasən, Nomura Elmi Tədqiqat İnstitutunun hesabatında deyilir ki, robotlar supermarket işçiləri, taksi sürücüləri, otellərdə qulluqçu, mühafizəçi kimi işlərin öhdəsindən gələcək.
 
 
«ICTnews.az» elektron xəbər xidməti «tass.ru» resursuna istinadən yazır ki, Nomura İnstitutu Yaponiyada aparıcı "Nomura Securities" investisiya bankının nəzdində fəaliyyət göstərir. İnstitutun ekspertləri Yaponiyada geniş yayılmış peşələr üçün gərəkli bilik və bacarıqlar üzrə kompüter təhlili aparıb. Robot texnikasının inkişaf proqnozuna əsasən, yaxın gələcəkdə süni intellektə malik robotlar bu tədqiqat çərçivəsində araşdırılmış 601 növ işdən 235-ni yerinə yetirə biləcək. Hazırda Yaponiya əhalisinin təxminən 25 milyonu (ölkənin iş qüvvəsinin 49 faizi) bu işlərdə çalışır.
 
 
Həmçinin araşdırma nəticəsində məlum olub ki, robotlar hələlik aktiv ünsiyyət tələb edən peşələrdə çalışan insanları əvəz edə bilməyəcək.
 
Məsələn, həkim, müəllim, ekskursiya rəhbərlərini bu kateqoriyaya aid etmək olar. Yuxarıda deyilənlər, həmçinin kreativlik tələb edən peşələrə də şamil olunur. Ekspertlər hesab edirlər ki, texnologiyaların inkişafı bir sıra peşələrin yoxa çıxmasına səbəb ola bilər.
 
 
Tədqiqat Yaponiyada əhalinin sürətlə qocalması ilə əlaqədar keçirilib.
 
Mütəxəssislər hesab edir ki, 2040-cı ilə cari demoqrafik tendensiya saxlanıldığı halda ölkə əhalisinin 36 faizindən çoxunu 65  yaşdan yuxarı insanlar təşkil edəcək.
 
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024