12px13px15px17px
Tarix:03/12/15

Azərbaycanda “Dropbox”un analoqu olan “Nar Cloud” texnologiyası təqdim edilib

"Nar" şirkəti "Bakutel 2015" sərgisi çərçivəsində ilk dəfə olaraq "Dropbox"un yerli analoqu olan  yeni "Nar Cloud" texnologiyasını təqdim edib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, sərgi çərçivəsində təşkil olunmuş təqdimatda şirkətin rəhbəri Kent Maknilli bildirib ki, bu yeni innovasiya "Nar" abunəçilərinə mobil qurğularında  onlara məxsus şəkilləri və digər faylları "bulud"da saxlamağa və digər qurğulardan sistemə daxil olaraq bu fayllardan istifadə etməyə imkan verir.
 
K. Maknili onu da qeyd edib ki, "Nar" gələn ilin ortalarına kimi "4G" şəbəkəsində baza stansiyalarının sayını 1000-ə çatdıracaq.
 
"Hazırda "Nar" şəbəkəsində 5450 baza stansiyası və 11 min "4G" xidməti istifadəçisi mövcuddur. Bundan başqa, gələn il "LTE  Advanced" texnologiyası tətbiq ediləcək", -  deyə şirkət rəhbəri bildirib.
 
Aynur Vəliyeva  



Baxış sayı: 771

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024