Tarix:03/12/15
Böyük Britaniyada «Rotten» internet xidməti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, cari ildə Litvada simsiz şəbəkənin sürəti 16,1 Mbit/s (ötən il 15.40 Mbit/s) təşkil edib.
«ICTnews.az» elektron xəbər xidməti «comnews.ru» resursuna istinadən yazır ki, «Rotten Wi-Fi» servisi müxtəlif ölkələrdə «Wi-Fi» şəbəkələri haqda məlumatın toplanılması üçün nəzərdə tutulub.
Estoniya ən yaxşı ödənişsiz «Wi-Fi» sürətinə malik ölkələrin reytinqində ikinci pilləni tutub: yükləmənin orta sürəti 14,8 Mbit/s təşkil edib. 13.1 Mbit/s sürətinə malik Sinqapur növbəti pillədə qərarlaşıb.
Böyük Britaniya ötən il olduğu kimi, 6-cı pillədə yer alıb. Bu ölkədə internetin orta sürəti cüzi artaraq 11,7 Mbit/s (2014-cü ildə 10,97 Mbit/s olub) təşkil edib.
İsveçrə və Niderland sözügedən reytinqin müvafiq olaraq dördüncü və beşinci pillələrində qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, İrlandiya, Belçika və Rumıniya ölkələri yer alıb.
2015-ci ildə ABŞ ən yaxşı ödənişsiz «Wi-Fi» sürətinə malik ölkələrin «top-20»-liyinə daxil edilməyib. Qeyd edək ki, ötən il ABŞ 6,89 Mbit/s internet sürəti ilə sonuncu pilləni tutmuşdu.
Reytinqə daxil edilmiş ölkələrin əksəriyyəti Avropada, yalnız ikisi Şimali Amerika və Asiyada yerləşir.
Emil Hüseynov
Dünyada ən sürətli ödənişsiz «Wi-Fi» hansı ölkədədir?
«Rotten Wi-Fi» xidməti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, ictimai yerlərdə təqdim olunan ən sürətli ödənişsiz «Wi-Fi» Litvada qeydə alınıb. Reytinq istifadəçilərin sorğusu əsasında tərtib edilib. «Wi-Fi» nöqtələrinin sürət və keyfiyyəti dünyanın 184 ölkəsində sınaqdan keçirilib.Böyük Britaniyada «Rotten» internet xidməti tərəfindən keçirilmiş tədqiqatın nəticələrinə əsasən, cari ildə Litvada simsiz şəbəkənin sürəti 16,1 Mbit/s (ötən il 15.40 Mbit/s) təşkil edib.
«ICTnews.az» elektron xəbər xidməti «comnews.ru» resursuna istinadən yazır ki, «Rotten Wi-Fi» servisi müxtəlif ölkələrdə «Wi-Fi» şəbəkələri haqda məlumatın toplanılması üçün nəzərdə tutulub.
Estoniya ən yaxşı ödənişsiz «Wi-Fi» sürətinə malik ölkələrin reytinqində ikinci pilləni tutub: yükləmənin orta sürəti 14,8 Mbit/s təşkil edib. 13.1 Mbit/s sürətinə malik Sinqapur növbəti pillədə qərarlaşıb.
Böyük Britaniya ötən il olduğu kimi, 6-cı pillədə yer alıb. Bu ölkədə internetin orta sürəti cüzi artaraq 11,7 Mbit/s (2014-cü ildə 10,97 Mbit/s olub) təşkil edib.
İsveçrə və Niderland sözügedən reytinqin müvafiq olaraq dördüncü və beşinci pillələrində qərarlaşıblar. İlk onluqda, həmçinin Danimarka, İrlandiya, Belçika və Rumıniya ölkələri yer alıb.
2015-ci ildə ABŞ ən yaxşı ödənişsiz «Wi-Fi» sürətinə malik ölkələrin «top-20»-liyinə daxil edilməyib. Qeyd edək ki, ötən il ABŞ 6,89 Mbit/s internet sürəti ilə sonuncu pilləni tutmuşdu.
Reytinqə daxil edilmiş ölkələrin əksəriyyəti Avropada, yalnız ikisi Şimali Amerika və Asiyada yerləşir.
Emil Hüseynov
Baxış sayı: 833
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib