Tarix:04/12/15
1. «Eko Core» adlı rəqəmli stetoskop
Adi stetoskopa xüsusi adapter qoşduqdan sonra ürək döyüntüsünün ritmi «bulud» saxlancına göndərilir və bundan sonra onu smartfona yükləmək mümkündür. Smartfona quraşdırılmış mobil proqram bu ritmi təhlil edərək onu əvvəlki ritmlərlə müqayisəli şəkildə pasiyentdə ürək anomaliyalarını aşkar etməyə kömək edəcək.
İndi qurğu San-Fransiskoda yerləşən Kaliforniya Universitetində sınaqdan keçirilir. Həkimlərin sözlərinə görə, «Eko Core» analizin dəqiqliyini yüksəldəcək və exokardioqrafiya kimi bəzi bahalı testləri əvəz edəcək.
2. Masaüstü DNT laboratoriya
DNT (dezoksiribinuklein turşusu) zəncirinin tədqiqi və onun digərləri ilə müqayisəsi bir gün vaxt ala bilər. Masaüstü «Juno» DNT laboratoriyası sayəsində isə bu prosesə cəmi 3 saat vaxt sərf olunur.
«Fluidigm» mikroçipi su damcısından 1000 dəfə kiçik nümunəni tədqiq etmək qabiliyyətinə malikdir. Qurğunun dəyəri 120 min dollardır və artıq elmi-tədqiqat laboratoriyalarında istifadə olunur.
3. Pilotsuz uçan aparatlar üçün aeroport
Pilotsuz uçan aparatların (dron) tətbiq sferası olduqca genişdir: məhsulların çatdırılması, ucqar regionlarda təcili kömək və sairə. Bunu nəzərə alaraq, Ruanda Respublikasında dronlar üçün ilk aeroport da tikiləcək. Britaniyalı memar Norman Foster bu məkanı ölkənin mürəkkəb landşaftına görə seçib. Çünki bu ərazi pilot layihənin reallaşdırılmasından ötrü poliqon kimi istifadə üçün yararlıdır.
Avtomobillərlə müqayisədə dronlar məhsul, dərman, elektronika qurğularını və başqa məhsulları daha sürətli çatdıra bilər. Təyyarə vağzalı iki tip dronlara xidmət göstərəcək: yüngül yüklərin çatdırılması üçün «Redline» və 100 kq-dək yükü qaldıra bilən «Blueline» dronlarına.
4. Virtual fırça
Bu gün hamının istifadə etdiyi karandaş təxminən 450 il əvvəl ixtira edilib. Karandaş istənilən bucaq altında yaza bilər və çalarların fərqliliyi sıxma gücündən asılıdır. Eyni funksionallığı rəqəmli formatda reallaşdırmaq çətin məsələ idi. Məhz bu səbəbdən «Apple Pencil» başqa stiluslardan fərqlənir.
Sözügedən qurğu vasitəsilə ekran üzərində yazmağa və çəkməyə imkan yaradır. «Apple Pencil» stilusunun ixtirası şəkil, animasiya və çertyojları yeni üsulla yaratmağa kömək edəcək.
5. Uşaqlara proqramlaşdırmanı öyrədən top
Proqramçılara tələbatın yüksək templə artdığı bir dövrdə Nyu-Yorkun «Made by Many» konsaltinq şirkəti «Hackaball» oyuncaq topunu hazırlayaraq uşaqlara kod yazmağı öyrətmək üçün maraqlı üsuldan istifadə edib. Bu top mobil proqramla sinxronlaşdırılır və istifadəçilərə proqramlaşdırmağa imkan verir.
«Made by Many» şirkətinin strateji direktoru Uilyam Ouenin sözlərinə görə, onların ixtirasının özəlliyi ondadır ki, oyuncaq top proqramlaşdırmanın faydalılığını ekran qarşısında deyil, real həyatda başa salır.
Emil Hüseynov
2015-ci ilin ən mühüm elmi-texnoloji ixtiraları bəlli oldu
Nüfuzlu «Time» jurnalı tərəfindən dərc edilən ən yaxşı ixtiraların illik reytinqində dünyanı daha da yaxşılaşdıran yeniliklər öz əksini tapır. «ICTnews.az» elektron xəbər xidməti cari ilin ən mühüm elmi-texnoloji ixtiralarını təqdim edir:1. «Eko Core» adlı rəqəmli stetoskop
Adi stetoskopa xüsusi adapter qoşduqdan sonra ürək döyüntüsünün ritmi «bulud» saxlancına göndərilir və bundan sonra onu smartfona yükləmək mümkündür. Smartfona quraşdırılmış mobil proqram bu ritmi təhlil edərək onu əvvəlki ritmlərlə müqayisəli şəkildə pasiyentdə ürək anomaliyalarını aşkar etməyə kömək edəcək.
İndi qurğu San-Fransiskoda yerləşən Kaliforniya Universitetində sınaqdan keçirilir. Həkimlərin sözlərinə görə, «Eko Core» analizin dəqiqliyini yüksəldəcək və exokardioqrafiya kimi bəzi bahalı testləri əvəz edəcək.
2. Masaüstü DNT laboratoriya
DNT (dezoksiribinuklein turşusu) zəncirinin tədqiqi və onun digərləri ilə müqayisəsi bir gün vaxt ala bilər. Masaüstü «Juno» DNT laboratoriyası sayəsində isə bu prosesə cəmi 3 saat vaxt sərf olunur.
«Fluidigm» mikroçipi su damcısından 1000 dəfə kiçik nümunəni tədqiq etmək qabiliyyətinə malikdir. Qurğunun dəyəri 120 min dollardır və artıq elmi-tədqiqat laboratoriyalarında istifadə olunur.
3. Pilotsuz uçan aparatlar üçün aeroport
Pilotsuz uçan aparatların (dron) tətbiq sferası olduqca genişdir: məhsulların çatdırılması, ucqar regionlarda təcili kömək və sairə. Bunu nəzərə alaraq, Ruanda Respublikasında dronlar üçün ilk aeroport da tikiləcək. Britaniyalı memar Norman Foster bu məkanı ölkənin mürəkkəb landşaftına görə seçib. Çünki bu ərazi pilot layihənin reallaşdırılmasından ötrü poliqon kimi istifadə üçün yararlıdır.
Avtomobillərlə müqayisədə dronlar məhsul, dərman, elektronika qurğularını və başqa məhsulları daha sürətli çatdıra bilər. Təyyarə vağzalı iki tip dronlara xidmət göstərəcək: yüngül yüklərin çatdırılması üçün «Redline» və 100 kq-dək yükü qaldıra bilən «Blueline» dronlarına.
4. Virtual fırça
Bu gün hamının istifadə etdiyi karandaş təxminən 450 il əvvəl ixtira edilib. Karandaş istənilən bucaq altında yaza bilər və çalarların fərqliliyi sıxma gücündən asılıdır. Eyni funksionallığı rəqəmli formatda reallaşdırmaq çətin məsələ idi. Məhz bu səbəbdən «Apple Pencil» başqa stiluslardan fərqlənir.
Sözügedən qurğu vasitəsilə ekran üzərində yazmağa və çəkməyə imkan yaradır. «Apple Pencil» stilusunun ixtirası şəkil, animasiya və çertyojları yeni üsulla yaratmağa kömək edəcək.
5. Uşaqlara proqramlaşdırmanı öyrədən top
Proqramçılara tələbatın yüksək templə artdığı bir dövrdə Nyu-Yorkun «Made by Many» konsaltinq şirkəti «Hackaball» oyuncaq topunu hazırlayaraq uşaqlara kod yazmağı öyrətmək üçün maraqlı üsuldan istifadə edib. Bu top mobil proqramla sinxronlaşdırılır və istifadəçilərə proqramlaşdırmağa imkan verir.
«Made by Many» şirkətinin strateji direktoru Uilyam Ouenin sözlərinə görə, onların ixtirasının özəlliyi ondadır ki, oyuncaq top proqramlaşdırmanın faydalılığını ekran qarşısında deyil, real həyatda başa salır.
Emil Hüseynov
Baxış sayı: 1391
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır