Tarix:04/12/15
«ICTnews » elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, sözügedən şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2019-cu ildə istehsalçılar ümumilikdə təxminən 1,86 milyard smartfon tədarük edəcəklər və artım tempi 4,7 faizədək azalacaq.
2015-ci ildə «MEA» regionu ( Yaxın Şərq və Afrika ölkələri daxildir) smartfonların tədarükü üzrə ən sürətlə inkişaf edən bazar adına layiq görüləcək. «IDC»-nin ekspertləri ümid edir ki, 2014-cü illə müqayisədə bu regionda smartfonların tədarük həcmi 50 faiz yüksələcək.
Tədqiqatda, həmçinin müxtəlif platformalarla bağlı məlumatlar öz əksini tapıb. Ekspertlər bildiriblər ki, alternativ mobil əməliyyat sistemlərinin smartfon bazarında öz yerini tapmaq üçün çoxsaylı cəhdlərinə baxmayaraq, bu, uğursuzluqla nəticələnib və yaxın gələcəkdə «Android» platforması liderliyini qoruyub saxlayacaq.
Proqnoza görə, 2015-ci ildə bu sistemin bazar payı 81,2 faiz təşkil edəcək, 2019-cu ilə qədər isə 82,6 faizədək yüksələcək.
Emil Hüseynov
2019-cu ilə dünya smartfonlar bazarının həcmi 2 milyarda yaxınlaşacaq
«IDC» analitik şirkətinin yeni proqnozuna əsasən, cari ildə Asiya-Sakit okean (Yaponiya istisna olmaqla), Latın Amerikası və Qərbi Avropa regionlarında qeydə alınan azalma səbəbindən smartfon tədarükünün həcmi 9,8 faiz artaraq 1,43 milyarda yaxınlaşacaq.«ICTnews » elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, sözügedən şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2019-cu ildə istehsalçılar ümumilikdə təxminən 1,86 milyard smartfon tədarük edəcəklər və artım tempi 4,7 faizədək azalacaq.
2015-ci ildə «MEA» regionu ( Yaxın Şərq və Afrika ölkələri daxildir) smartfonların tədarükü üzrə ən sürətlə inkişaf edən bazar adına layiq görüləcək. «IDC»-nin ekspertləri ümid edir ki, 2014-cü illə müqayisədə bu regionda smartfonların tədarük həcmi 50 faiz yüksələcək.
Tədqiqatda, həmçinin müxtəlif platformalarla bağlı məlumatlar öz əksini tapıb. Ekspertlər bildiriblər ki, alternativ mobil əməliyyat sistemlərinin smartfon bazarında öz yerini tapmaq üçün çoxsaylı cəhdlərinə baxmayaraq, bu, uğursuzluqla nəticələnib və yaxın gələcəkdə «Android» platforması liderliyini qoruyub saxlayacaq.
Proqnoza görə, 2015-ci ildə bu sistemin bazar payı 81,2 faiz təşkil edəcək, 2019-cu ilə qədər isə 82,6 faizədək yüksələcək.
Emil Hüseynov
Baxış sayı: 550
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır