Tarix:04/12/15
Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkələrimiz arasında qurulan münasibətlərin qarşılıqlı dost və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdirib. E.Vəlizadə əlaqələrin genişləndirilməsində "Bakutel" sərgisinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəallığının artırılmasına göstərilən maraqdan da söz açan nazir müavini ölkəmizdə qurulan texnoparklar və orada yaradılan əlverişli şərait, innovativ sahibkarlığın inkişafi məqsədilə tətbiq edilən güzəştlərdən danışıb, xorvat şirkətlərinə də bu imkanları nəzərə almağı təklif edib.
Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə dostluq və əməkdaşlıq münasibətlərinin formalaşdığını deyən Stepan Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafi üçün yaxşı potensialin olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafindan məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafi və daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan "Neosoft", "İnfosistem", "Span", "Mep" şirkətləri fəaliyyət sahələri haqda məlumat veriblər.
“Bakutel 2015”də təmsil olunan Xorvatiya şirkətləri ilə görüş keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində "Bakutel 2015" 21-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında təmsil olunan Xorvatiya şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib.Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkələrimiz arasında qurulan münasibətlərin qarşılıqlı dost və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdirib. E.Vəlizadə əlaqələrin genişləndirilməsində "Bakutel" sərgisinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəallığının artırılmasına göstərilən maraqdan da söz açan nazir müavini ölkəmizdə qurulan texnoparklar və orada yaradılan əlverişli şərait, innovativ sahibkarlığın inkişafi məqsədilə tətbiq edilən güzəştlərdən danışıb, xorvat şirkətlərinə də bu imkanları nəzərə almağı təklif edib.
Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə dostluq və əməkdaşlıq münasibətlərinin formalaşdığını deyən Stepan Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafi üçün yaxşı potensialin olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafindan məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafi və daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan "Neosoft", "İnfosistem", "Span", "Mep" şirkətləri fəaliyyət sahələri haqda məlumat veriblər.
Baxış sayı: 857
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı