12px13px15px17px
Tarix:07/12/15

Tərtərin cəbhə xəttindəki kəndləri telefonlaşdırılacaq

Tərtər rayonunun  Çaylı kəndi telefon rabitəsi ilə  təmin ediləcək.
 
Bu barədə məlumat verən Tərtər Telekommunikasiya Qovşağının rəisi Vidadi Bəylərov  "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, ərazi cəbhə xəttinə çox yaxın olduğundan orada sakinlərin mənzillərinin peyk rabitəsi ilə telefonlaşdırılması mümkün deyil.
 
Bununla belə, telefon rabitəsi ilə yanaşı, əhalinin poçt rabitəsi və multimedia xidmətlərinə çıxışı da təmin ediləcək. Bundan başqa birbaşa cəbhə xəttində yerləşən rayonun Şıxarx kəndinin də telefonlaşdırılması nəzərdə tutulub.  
 
Qeyd edək ki, Çaylı kəndində 20 təsərrüfat, 30-a yaxın ev var. Mərkəzdən 20 kilometr aralıda olmaqla kənd Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşir.
 
 
RƏVAN



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024