Tarix:08/12/15
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni hibrid (onlayn-oflayn) əlavəsi Azərbaycan qanunvericilik aktlarını sistemdə saxlamaq və onlardan internetə daxil olmadan istifadə etmək imkanı yaradır.
Proqram "Android/iOS" mobil platformalarında işləyir və "www.LegalActs.az" saytında olan bütün məlumatlardan pulsuz istifadə etməyə imkan verir. Saytda Azərbaycan, rus və ingilis dillərində 38000-dən çox sənəd var.
Saytda Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin və Nazirlər Kabinetinin Qərarları, müxtəlif idarələrin, təşkilatların sənədləri və təlimatları, beynəlxalq sazişlər və müqavilələr ilə tanış ola bilərsiniz. Məlumatın bir hissəsi pulsuz istifadə üçün açıqdır və müntəzəm olaraq yenilənir. Məlumat bazasında baxış üçün açıq olan dərc edilmiş normativ aktların bütün redaksiyalarını da əldə etmək mümkündür.
İstifadəçi kartlarını almaqla Azərbaycan Respublikası Qanunvericiliyinin Məlumat Bazasına giriş üçün tam icazə əldə etmək mümkündür. İstifadəçilərin rahatlığı üçün 6, 14, 20 və 35 manat nominallı dörd növ kart nəzərdə tutulub. Kartların əldə edilməsi üçün sayt və ya telefon vasitəsilə sifariş vermək və ya plastik kartlar (VISA / MasterCard) vasitəsilə ödəniş etməklə, sənədlərə həmin anda giriş əldə etmək mümkündür.
İşə başlamaq üçün istifadəçi akkauntunu qeydiyyatdan keçirməlidir ki, Qanunvericilik Məlumat Bazasına daxil edilmiş istənilən pullu sənəddən istifadə etsin, şəxsi hesabının cari vəziyyəti barədə məlumat alsın, istənilən vaxt müstəqil olaraq parolu dəyişsin və hesabını doldursun.
Xidmətlərdən istifadə etmək üçün müxtəlif nominalda müddətli kartlar mövcuddur. Belə ki, nominalı 6 manat olan aktivləşdirilmiş kart 75 gün, 14 manat - 120 gün, 20 manat - 180 gün, 35 manat olan aktivləşdirilmiş kart isə 240 gün ərzində qüvvədə olur.
Proqramı buradan yükləmək olar: "Android" üçün - https://play.google.com/store/apps/details…
"iOS" üçün - https://itunes.apple.com/…/app/legalacts-mobile/id980053154…
Aynur Vəliyeva
Azərbaycan qanunvericilik aktları sistemini artıq mobil telefona yükləmək olar
"LegalActs Mobile" Azərbaycan şirkəti maraqlı yeni əlavə proqram tərtib edib."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, yeni hibrid (onlayn-oflayn) əlavəsi Azərbaycan qanunvericilik aktlarını sistemdə saxlamaq və onlardan internetə daxil olmadan istifadə etmək imkanı yaradır.
Proqram "Android/iOS" mobil platformalarında işləyir və "www.LegalActs.az" saytında olan bütün məlumatlardan pulsuz istifadə etməyə imkan verir. Saytda Azərbaycan, rus və ingilis dillərində 38000-dən çox sənəd var.
Saytda Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Azərbaycan Respublikası Milli Məclisinin və Nazirlər Kabinetinin Qərarları, müxtəlif idarələrin, təşkilatların sənədləri və təlimatları, beynəlxalq sazişlər və müqavilələr ilə tanış ola bilərsiniz. Məlumatın bir hissəsi pulsuz istifadə üçün açıqdır və müntəzəm olaraq yenilənir. Məlumat bazasında baxış üçün açıq olan dərc edilmiş normativ aktların bütün redaksiyalarını da əldə etmək mümkündür.
İstifadəçi kartlarını almaqla Azərbaycan Respublikası Qanunvericiliyinin Məlumat Bazasına giriş üçün tam icazə əldə etmək mümkündür. İstifadəçilərin rahatlığı üçün 6, 14, 20 və 35 manat nominallı dörd növ kart nəzərdə tutulub. Kartların əldə edilməsi üçün sayt və ya telefon vasitəsilə sifariş vermək və ya plastik kartlar (VISA / MasterCard) vasitəsilə ödəniş etməklə, sənədlərə həmin anda giriş əldə etmək mümkündür.
İşə başlamaq üçün istifadəçi akkauntunu qeydiyyatdan keçirməlidir ki, Qanunvericilik Məlumat Bazasına daxil edilmiş istənilən pullu sənəddən istifadə etsin, şəxsi hesabının cari vəziyyəti barədə məlumat alsın, istənilən vaxt müstəqil olaraq parolu dəyişsin və hesabını doldursun.
Xidmətlərdən istifadə etmək üçün müxtəlif nominalda müddətli kartlar mövcuddur. Belə ki, nominalı 6 manat olan aktivləşdirilmiş kart 75 gün, 14 manat - 120 gün, 20 manat - 180 gün, 35 manat olan aktivləşdirilmiş kart isə 240 gün ərzində qüvvədə olur.
Proqramı buradan yükləmək olar: "Android" üçün - https://play.google.com/store/apps/details…
"iOS" üçün - https://itunes.apple.com/…/app/legalacts-mobile/id980053154…
Aynur Vəliyeva
Baxış sayı: 1004
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib