12px13px15px17px
Tarix:08/12/15

Zaqatalada yeni nəsil texnologiyası əsasında stansiyalar istifadəyə verilir

Zaqatalada abunəçilərin bütün multimedia xidmətlərindən daha rahat şəkildə istifadəsi üçün  yeni nəsil texnologiyası əsasında  (NGN) stansiyalar qurulur.
 
Zaqatala Telekommunikasiya Qovşağının (TKQ) rəisi Həsən Ömərovun verdiyi məlumata görə, artıq rayon mərkəzində, Yuxarı Tala, Muxax, Əliabad, Aşağı Tala kəndində, Danaçı, Kəpənəkçi, Zəyəm, Car, Fındıqlı, Kebeloba kəndlərində yeni stansiyalar istifadəyə verilir. NGN tipli stansiyaların tətbiqi nəticəsində abunəçilərə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ xidmətin göstərilməsi mümkün olacaq.
 
Zaqatala TKQ ərazisində şəhərdə 6, kənddə isə 43 ədəd elektron ATS (EATS) var ki, bunların ümumi montaj tutumu 25376 telefon nömrə təşkil edir.
 
Bütün kənd EATS-ləri fiber-optik kabellə şəhər EATS-nə birləşdirilib. Şəhər EATS-nin montaj tutumu 8368 telefon nömrəsi təşkil edir ki,  bunun da 100 nömrəsi 585 perfeksli daşınan Bakı nömrəsidir. Kənd EATS-nin montaj tutumu isə 17008 nömrə təşkil edir.
 
 Qeyd edək ki, hazırda rayonda internet  istifadəçilərinin sıxlığı 47% təşkil edir. Rayon üzrə 10 minə qədər genişzolaqlı internet istifadəçisi var.
 
RƏVAN
 



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024