12px13px15px17px
Tarix:10/12/15

Mark Zukerberq müsəlmanların xeyrinə çıxış edib

«Facebook» sosial şəbəkəsinin direktoru Mark Zukerberq bu ilin noyabrında Parisdə baş vermiş teraktdan sonra müsəlmanların məruz qaldığı hücumlarla əlaqədar öz səhifəsində onların xeyrinə çıxış edib. «ICTnews» elektron xəbər xidməti «itar-tass.com» resursuna istinadən yazır ki, O. islam dini daşıyıcılarına dəstək olduğunu yazıb.
 
 
"Mən, «Facebook»un direktoru dünyanın ən böyük sosial şəbəkəsində qeydiyyatdan keçmiş müsəlmanlara müraciət edərək demək istəyirəm ki,  biz onları şəbəkəmizdə görməyə şadıq və birlikdə sizin hüquqlarınız uğrunda mübarizə aparacağıq və sosial şəbəkəmizdə mehriban atmosfer yaratmağa çalışacağıq», - Zukerberq bildirib.
 
 
«Facebook» dünyanın ən böyük sosial şəbəkələrindən biridir. Zukerberq onu 4 fevral 2004-cü il tarixində üç tələbə yoldaşı ilə birlikdə yaradıb. Sosial şəbəkənin aylıq auditoriyası təxminən 1,5 milyard istifadəçidən ibarətdir.
 
 
Emil Hüseynov
 
 




Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024