Tarix:10/12/15
“Delta Telecom” şirkətinin baş direktoru Ramazan Vəliyevin “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar götürüldükdən sonra layihə çərçivəsində artıq tələb olunan avadanlıqlar alınıb.
“Bir neçə ildir ki, İran EPEG-in ona məxsus olan seqmentini tələb olunan səviyyədə təşkil etməkdə çətinlik çəkirdi, çünki tətbiq edilən sanksiyalar yeni müasir telekommunikasiya avadanlıqlarının alınmasına icazə vermirdi. Sanksiyaların götürülməsi nəticəsində, bu gün İranda “Alcatel Lucent” şirkəti tərəfindən tələb olunan avadanlıqların quraşdırılması üzrə işlər gedir, kabel magistralının bu seqmenti yenilənir və magistralın alternativ istiqaməti gələn ilin birinci rübündə tam gücü ilə işləməyə başlayacaq”, - deyə o bildirib.
R. Vəliyevin sözlərinə əsasən, bu gün Azərbaycan EPEG magistralı üzərindən 700 GB trafik ötürür.
EPEG layihəsi Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasının təmin edilməsini nəzərdə tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısasıdır. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilib.
Ölkəmizi bu Konsorsiumda "Delta Telekom" şirkəti təmsil edir.
Aynur Vəliyeva
Azərbaycandan EPEG üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcmi gələn il artacaq
“Avropa-Yaxın Şərq informasiya magistralı” (Europe Persia Express Gateway - EPEG) üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcmi gələn il artırılacaq.“Delta Telecom” şirkətinin baş direktoru Ramazan Vəliyevin “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar götürüldükdən sonra layihə çərçivəsində artıq tələb olunan avadanlıqlar alınıb.
“Bir neçə ildir ki, İran EPEG-in ona məxsus olan seqmentini tələb olunan səviyyədə təşkil etməkdə çətinlik çəkirdi, çünki tətbiq edilən sanksiyalar yeni müasir telekommunikasiya avadanlıqlarının alınmasına icazə vermirdi. Sanksiyaların götürülməsi nəticəsində, bu gün İranda “Alcatel Lucent” şirkəti tərəfindən tələb olunan avadanlıqların quraşdırılması üzrə işlər gedir, kabel magistralının bu seqmenti yenilənir və magistralın alternativ istiqaməti gələn ilin birinci rübündə tam gücü ilə işləməyə başlayacaq”, - deyə o bildirib.
R. Vəliyevin sözlərinə əsasən, bu gün Azərbaycan EPEG magistralı üzərindən 700 GB trafik ötürür.
EPEG layihəsi Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasının təmin edilməsini nəzərdə tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısasıdır. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilib.
Ölkəmizi bu Konsorsiumda "Delta Telekom" şirkəti təmsil edir.
Aynur Vəliyeva
Baxış sayı: 1244
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib